mektub

Sizin də belə bir xəritəniz varmı?

Baxış sayı: 97

Bir xəritə təsəvvür edin və o xəritə sizin xarakterinizi, hətta arzularınızı, xəyallarınızı ifadə etsin. Əlbəttə ki, bu xəritəyə baxanda bəzən kədərlənəcək, bəzən də sevinəcəksiniz. Sizi kədərləndirən cəhətləri düzəltdikcə arzu etdiyiniz xarakterinizə yaxınlaşmış olacaqsınız. Beləliklə, bəlkə fərqinə də varmadan bir çox problemlərinizi həll edəcək, üstəlik, özünüzə daha çox inanmağa başlayacaqsınız.

Image result for sevgi məktubu

Yəqin soruşacaqsınız ki, bunun evliliklə nə əlaqəsi var? Əlbəttə ki, var. Çünki ancaq özünü tanıya bilən və özü ilə bağlı problemlərini həll edə bilən adamlar başqaları ilə xoşbəxt ola bilərlər. Elə evlilikdə baş verən bir çox problemlərin kökündə də tərəflərin özlərini yaxşı tanımamaları və bütün günahları qarşı tərəfdə görmələri durur. Yalnız özlərini tanıyanlar və özlərini tənqid etməyi bacaranlar problemlərə (ümumi mənada isə evliliyə) obyektiv baxa bilirlər.

Related image

Elə isə xəritəmizi necə tərtib edək? Əvvəlcə bir kağız-qələm götürün. Sonra xəritənizi hansı formada (sxem, cədvəl, maddələr və s.) tərtib edəcəyinizi müəyyən edin. Xəritənizdə ilk növbədə, xəyallarınız, arzularınız və məqsədləriniz olmalıdır (hətta, xarakterinizə və ya həyat tərzinizə qədər). Bir sözlə, keçmişdən bu günə qədər bu xəritədə siz olmalısınız. Yuxarıdakı maddələri kağıza yazdıqdan sonra sizi qane edən məqamları rəngli qələmlə dairəyə alın. Eyni şəkildə sizi qane etməyən məqamları da başqa bir rənglə dairəyə almağı unutmayın. Budur, artıq xəritəniz hazırdır. İndi isə o xəritəni həyata keçirmək qalır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir