toy, erkən nikah

ŞOK: 10 yaşda ərə verildi, 13 yaşda ana oldu, 14 yaşda dul qaldı – FOTOLAR

Baxış sayı: 1. 714

38 yaşlı Alemstaye Qebrekidan Efiopiyada yaşayırdı. O, 10 yaşı olanda 16 yaşındakı yeniyetməyə ərə verilmişdi.

Efiopiyadakı vətəndaş müharibəsində döyüşlərdən birində əri həlak olan A.Qebrekidan o vaxt artıq 2 yaşlı oğul anası idi. Çünki Alemstaye 13 yaşda hamilə qalmışdı.

A.Qebrekidan indi Londonda yaşayır və dünyanın müxtəlif ölkələrində yetkinlik yaşına çatmamış şəxslərin erkən nikahlarına qarşı mübarizə aparan beynəlxalq təşkilatda çalışır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Alemstaye deyir: “Anam elçilərin gəldiyini, onların təklifinə razılıq verdiyini söyləyəndə ağladım. Valideynlərimə heç nə demədim. İki ay sonra isə toyum oldu və 16 yaşlı oğlana ərə verildim. Ölkəmdə mənim kimi minlərlə, on minlərlə biçarə var. Bu qızların çoxu nikahdan sonra hamilə qalanda və ya ilk övladını doğanda ölür”.
Alemstaye Qebrekidanın dedikləri şok effekti yarada bilər.
Lakin Afrika və Asiyada hər il milyonlarla qız Alemstayenin acı taleyini təkrarlayır.
Yetkinlik yaşına çatmamış ərə verilən qızlar azyaşlı olduqları halda cinsi təzyiqlərə məruz qalır, ailədə döyülür, söyülür. Bu uşaqların həyatları faktiki olaraq əllərindən alınır, çünki onlara heç bir seçim şansı verilmir.
“Uşaqların zorla ərə verilməsi insan haqlarının dəhşətli şəkildə pozulması ilə yanaşı, bu zavallıları təhsil, səhiyyə huquqlarından və uzunmüddətli perspektivlərdən məhrum edir”, – BMT-nin UNFPA təşqkilatının icraçı direktoru Babatunde Osotimehin deyir.
UNİCEF-in açıqladığı hesabat isə daha acınacaqlıdır.
“Dünyada hər il yetkinlik yaşına çatmamış qızların 1/3 hissəsi ərə verilir. Onların hər 9 nəfərdən biri ərə veriləndə 15 yaşına çatmamış olur. Bu durum dəyişməzsə, gələn onillikdə 142000000 qız 18 yaşa çatmamış halda ərə veriləcək. Yəni hər il təqribən 14,2 milyon qız yetkinlik yaşına çatmamış, zorla ərə verilir.
Yoxsul ailələrdə azyaşlıların ərə verilməsi halları normal rifah səviyyəsində olan ailələrlə müqayisədə 2 dəfə çoxdur. 15 yaşına çatmamış qızın doğuş zamanı ölmə ehtimalı 20 yaşlı qızla müqayisədə 5 dəfə artıqdır. Hamiləlik dünyada 15-19 yaşlı “nikahlı qadın”ların ölümlərinin əsas səbəblərindən biridir. Bundan başqa, Afrika və Asiyada azyaşlıların ərlərindən müxtəlif dəri-zöhrəvi xəstəliklər və QİÇS/HİV virusuna yoluxma riski də çox böyükdür”, – UNİCEF-in hesabatında deyilir.
 Alemstayenin oğlu indi 25 yaşdadır.
“Oğlumu dünyaya gətirəndə dəhşətli əzablar çəkdim, çünki uşaqdım, cəmi 13 yaşım vardı. Oğlumu böyütmək də çətindi. 14 yaşda dul qalmışdım. Özüm uşaq olduğum halda uşaq böyüdürdüm”, – Alemstaye söyləyir.
 
Məlumat üçün dünyada erkən nikahların ən çox yayıldığı ölkələri təqdim edirik:
1 . Niger
2 . Çad
3 . Mərkəzi Afrika Respublikası
4 . Banqladeş
5 . Qvineya
6 . Mozambik
7 . Mali
8 . Burkina-Faso
9 . Cənubi Sudan
10 . Malavi
11 . Madaqaskar
12 . Eritreya
13 . Hindistan
14 . Somali
15 . Syerra-Leone
16 . Zambiya
17 . Dominikan Respublikası
18 . Efiopiya
19. Nepal
20 . Nikaraqua



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir