menzil

Sosial ev almaq istəyənlərə TÖVSİYƏLƏR

Baxış sayı: 156

Xəbər verdiyimiz kimi, bugünlərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sisteminin sınaq (demo) versiyasını istifadəyə verdi. Bununla bağlı danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, sınaq versiya tam olaraq satış modulu və gözləmə qaydasında mənzil seçimi prosesinə uyğunlaşdırılıb:

“Uduş şansını yüksəltmək üçün vətəndaşlara bir neçə tövsiyəm var:

osman gunduz

1) Burada kompüterdən və internetdən sürətli istifadə bacarığının olması əhəmiyyət kəsb edir,

2) Normal, dayanıqlı internet və işlək vəziyyətdə olan kompüter tövsiyə olunur. İnternetin yüksək sürətdə olması ciddi əhəmiyyət kəsb etmir, sadəcə kəsilməz olmalıdır,

3) Sınaq versiyada daha çox test etmək lazımdır,

4) Satışdan bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olmaq gərəklidir,

5) Yeni tətbiq olunan ikiqat CAPTCHA-da (simvollardan ibarət avtomatlaşdırılmış kod) simvolları daha sürətli daxil etməyə hazır olmaq. Digər istifadəçinin də köməyindən istifadə etmək olar,

6) Uduş əldə edənlərlə əlaqə saxlayıb, kompüterdə işləyərkən istifadə etdikləri metodları nəzərdən keçirmək də faydalı ola bilər. Belə ki, bəzən eyni bir kompüterin arxasında bir neçə nəfərin işlədiyi də bildirilir,

7) Demo versiyada seçim edənlərin öz seçim proseslərinin videosunu çəkib digərləri ilə müqayisə etməsi də burada faydalı olacaq”.

 

Qeyd edək ki, sözügedən sınaq versiya dekabrın 24-də saat 00:00-da bağlayacaq.

Bundan əlavə, dekabrın 25-də saat 11:00-da isə 248 mənzilin onlayn satışı başlayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir