Sebine Bayramova

Sosial fobiya nədir və əlamətləri nələrdir? – “SAĞLAMLIQ BƏLƏDÇİSİ”

Baxış sayı: 510

Çox tez-tez rast gəlinən – Sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi qorxusudur. Bu cür şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən, ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Və bunlardan bacardıqları qədər qaçmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.

Ən çox müşahidə olunan digər ictimai qorxular: başqalarının qarşısında danışmaq, yemək yemək, görüşlərdə və yığıncaqlarda iştirak etmək. Bu cür insanlar eyni zamanda keçirdikləri hissi digər insanların anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq həssas olurlar. Haqqlarını müdafiə etməkdə çətinlik çəkirlər, mənliklərində hörmətində aşağılıq, ya da alçaq duyğular hiss edirlər.

Sosial fobiya

Hər on nəfərdən birində həyatının hər hansı bir dövründə sosial fobiya müşahidə oluna bilər. Ümumiyyətlə bu vəziyyət şəxsiyyət xüsusiyyəti olaraq qiymətləndirilir və müalicə edilə bilən problemdir. Ancaq insana çox-çox narahatlıq verməyə başlasa mütəxəssislərə müraciət olunmalıdır. Sosial fobiyaya xas olaraq üz qızarması ilə bərabər ürək döyünməsi, həyəcanlanma, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi baş verir.

 

Ümumrusiya Professional Psixoterapiya Liqasının Həqiqi üzvü psixoloq Səbinə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir