herbici qadin

Sovet ordusunun ilk qadın snayperi və ya 20 yaşlı “ölüm mələyi”

Baxış sayı: 1. 657

Gözəlliyi ilə görənləri heyran edən bu qızın həqiqətən adam öldürə biləcəyi inandırıcı deyil. II Dünya Müharibəsində könüllü olaraq sovet ordusuna qatılan Roza Şaninanın maraqlı həyat hekayəsi var. Cəmi 20 il ömür yaşayan R.Şanina xidmət etdiyi zamanlarda 12-si snayper olmaqla, cəmi 59 alman əsgərini öldürüb.

“Gencaile.az” Musavat.com-a istinadən sizə sovet ordusunun qadın əsgəri haqqında maraqlı faktları təqdim edir:

1941-ci ildə onun qardaşı sovet ordusunun əsgəri idi. R.Şanina özü isə orta məktəb müəlliməsi idi. Qardaşı döyüşdə həlak olduqdan sonra könüllü olaraq orduya qatılmaq qərarına gəlib. Çox mükəmməl bir nişançı olduğu üçün onun orduda cəbhə xəttində snayper atışlarını həyata keçirməsinə qərar verilib. Roza SSRİ-nin ilk qadın snayperi idi.

Belarussiyada cəbhə xəttindəki xidmətinə görə komandanlıq tərəfindən şərəf ordeni ilə təltif olunmuşdu. Savaş böyüdükcə Rozanın adını eşitməyən qalmamışdı. 1944-cü ildə Almaniyanın bir qəzeti Rozanı Şərqi Prussiya üçün terror kabusu adlandırmışdı.

R.Şanina müharibə zamanı özü üçün qeyd dəftəri tutmuşdu. Qeyd dəftərinə savaşdan əlavə özəl həyatından da yazmışdı. Dəftərdə Nikolay adlı birini sevdiyini yazırdı. Lakin onunla evlənməyəcəyini də qeyd etmişdi. Çünki R.Şanina qarşına məqsəd qoymuşdu. Qardaşının intiqamını alacaqdı. R.Şanina öldürdüyü əsgərləri qara, yaraladığı əsgərləri isə qırmızı işarələyirdi.

59 Kişiyi Öldüren 19'luk Rus Ölüm Meleği: Roza Shanina

Almanlara qarşı baş tutan “Baqration” əməliyyatı zamanı qadın snayperlərin geri çəkilməsi əmr edildi. Lakin onlar bu əmrə tabe olmadılar. R.Şanina da həmin qadınların arasında idi. Ardından cəbhə xəttinə göndərilmək üçün özəl məktub yazan Rozanın istəyi rədd edildi.

Lakin onu yenə heç kim durdura bilmədi. R.Şanina snayper tüfəngini götürərək, cəbhə xəttinə yollandı. Bu hərəkətinə görə cəzalandırılsa da, göstərdiyi xidmətlərini nəzərə alaraq, onu məhkəməyə çıxarmadılar.

O, ordunun özəl əsgərlərindən olmaq və davamlı şəkildə cəbhə xəttində olmaq istəyirdi. Bu istəyinin yerinə yetirilməsi üçün Stalinə də 2 dəfə məktub yazmışdı.

Şərqi Prussiya uğrunda savaşda almanlar bölgədəki mövqelərini möhkəmlətmişdilər. Savaş getdikcə qızışırdı. Müharibənin son ili R.Şaninanın da sonu oldu.

59 Kişiyi Öldüren 19'luk Rus Ölüm Meleği: Roza Shanina

O, 1945-ci il yanvarın 16-da özü üçün tutduğu not dəftərində son sözlərini yazmışdı: “Düşmən məni savaş meydanına çəkir. Lakin mən heç bir şəkildə qorxmayacağam. Lazım gəlsə, yumruqlarımla sonuna qədər savaşacağam”.

Yanvarın 27-də R.Şanina ağır yaralı olaraq, döyüş meydanından çıxarıldı. Məlumata görə, o, yaralı bir zabiti qorumaq üçün sinəsini gülləyə sipər edən zaman yaralanmışdı. Nəticədə ağır yaralanmışdı və vəziyyəti ölümcül idi.

1963-cü ildə R.Şaninanın qeyd dəftəri əsasında kitab hazırlanaraq, çap edildi. Onun adı bir neçə küçəyə və vaxtilə oxuduğu orta məktəbə verildi.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir