cay

Soyuq havaların ekzotik çayları

Baxış sayı: 1. 425

Belə soyuq havalarda, adətən, həm içimizi, həm də ruhumuzu isidəcək nələrsə axtarırıq. Bəzən bu istiliyi bir fincan çay və gözəl mühitdə tapırıq. Tapdığımız çay isə daha dadlı və faydalı olduqda isə rahatlıq, sağlamlıq bizimlə olur. Elə bu havanı da nəzərə alıb sizin üçün belə havalarda içə biləcəyiniz 3 ekzotik çay resepti və faydalarını təqdim edirik.

“Enerji” meyvəli bitki çayı – Qibiskus

Alma dilimləri, kök, çuğundur, üzüm, moruq, qibiskusdan alınan dəmin tünd-qırmızı rəngi, xoş meyvə ətri, zərif dadı var.  Bu çay xüsusilə, uşaqların xoşuna gələcək.

Hazırlanması

3-4 qram çayın üzərinə 350-400 ml su əlavə edib, 90-95 dərəcə istilikdə 8-9 dəqiqə dəmləmək lazımdır.

Qibiskus – Tərkibi müxtəlif vitaminlər, xüsusilə, C vitamini ilə zəngindir. Damarların divarlarını möhkəmləndirir, qanın hərəkətini formalaşdırır, xolesterini azaldır, orqanizmdəki hüceyrələri qocalmadan qoruyur, hətta xərçəng xəstəliyinin qarşısını alır. Qaraciyər və böyrəkləri təmizləyir.

“Möcüzəli Osmantus” bağlama yaşıl çay

Bu çayın yarpaqları tək-tək kürə formasında bağlanıb. Dəmlənən zaman yarpaqlar açılır, içərisindəki osmantus gülü üzə çıxır. Dəm almış çayın sarımtıl-yaşıl rəngi, xoş darçın ətri və zərif dadı var.

Hazırlanması

1 ədəd kürəciyi 350-400 ml suda, 70-80 dərəcə istilikdə 2 dəqiqə dəmləmək lazımdır. Bir kürəni bir neçə dəfə dəmləmək olar.

Osmantus – Darçın ağacının çiçəkləridir. Amma buna baxmayaraq, tamamilə başqa meyvə ətri verir. Maddələr mübadiləsini bərpa edir, orqanizmdəki hüceyrələrin fəaliyyətini bərpa edir, mədəaltı vəzin işini yaxşılaşdırır və insanı cavanlaşdırır. Bu çay Fuszyan əyalətindən olan bağlama çaydır. Çin alimləri osmantusu ancaq qış və payız aylarında içməyi məsləhət  görürlər.

Çiçək əlavəli qara çay – Assam

Pu Er Kral növündən olan bu tünd çay əməköməci çiçəkləri, sarı qızılgül qönçələri, yasəmən gülü və Assam çayının qarışığıdır. Dəmləmənin tünd-qırmızı rəngi, xoş bal ətri və azca ağız büzücü dadı var. (Foxy.az)

Hazırlanması

3-4 qram çayın üzərinə 350-400 ml su əlavə edib 90-95 dərəcə istilikdə 3-4 dəqiqə dəmə qoyuruq.

Assam – Hindistanda yetişdirilir. Tərkibindəki kofeinin miqdarı digər çaylara nisbətən daha çoxdur. Bu səbəbdən də ən yaxşı gümrahlaşdırıcı təsirə malikdir. Yuxusuzluqdan əziyyət çəkən insanlar üçün ideal beyin stimullaşdırıcıdır. Kofeinin çox miqdarda olması başağrısı, əsəbilik, ürək döyüntüsü kimi əks təsirlər də göstərə bilər. Buna görə də assamı gün ərzində 5 fincandan artıq içmək məsləhətli deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir