stress

Stressi necə azlatmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 496

Hazırkı dövrdə insanların həyat şəraiti elədir ki, az qala stresssiz gün keçirmək mümkün deyil. Kimi bu problemi özü həll etməyə, kimsə həkimin köməyi ilə yoluna qoymağa çalışır.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, stressin simptomlarını dərhal aradan qaldırmağa çalışmaq lazımdır. Ancaq bunun üçün istifadə edilən məşhur “Korvalol” və “Valerian” heç də o qədər də zərərsiz deyil və həkim nəzarəti altında qəbul edilməlidir.

Nermine Abbasova

“Korvalol” asılılıq yarada bilər”, -deyə həkim xəbərdar edir. “Valerian” yanlış qəbul edilərsə, yuxusuzluq, panik atak, həmçinin uzun müddət istifadə zamanı bağırsaq hərəkətliliyinin pozulması, qəbizliyə səbəb ola bilər.

Stress zamanı bitki çaylarının faydaları danılmazdır, lakin yalnız həkim təyin etməlidir: bütün dərman bitkiləri əks göstərişlərə malikdir. Məsələn, hipertonik xəstələr jenşen, eleuterokok, pion, maral kökündən istifadə etməməlidirlər. Hamiləliyin ilk trimestrində uterusun tonusunu artıran oregano və kəklikotu qadağandır. Həmçinin allergiyası olan xəstələr bitki çaylarından ehtiyatla istifadə etməlidirlər.

Lakin itburnu çayı, həmçinin dəmlənmiş böyürtkən və moruq yarpaqları orqanizm üçün təhlükəli deyil. “Bütün hallarda ən yaxşısı həkimin təyin etdiyi çayları içməkdir”,-deyə ekspert məsləhət görür. Allergiya xəstələri ot çayları ilə xüsusilə ehtiyatlı olmalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir