Qidalar

Süfrənizdən əsla əskik etməməli olduğunuz qidalar

Baxış sayı: 338

İmmuniteti gücləndirmək xəstəliklərdən qorunmaq üçün önəmli bir faktordur. Bəs immun sisteminizi gündəlik yeməklə gücləndirməyi bilirsinizmi?

Beləliklə, süfrənizdən əsla əskik etməməli olduğunuz qidaları təqdim edir.

 

Badam

Qələvi immun sistemini gücləndirmək baxımından olduqca önəmlidir. Badam da tərkibində qələvi olan vacib qidalardan biridir və bir çox xəstəliyin artmasının qarşısını alır.

Tərkibində bol miqdarda E vitamini olan badam xərçəng xəstəliklərinə tutulma riskini azaldır və ürək sağlamlığını qoruyur.

 

Qoz (cəviz)

Qoz içərisində bol miqdarda lif və mineral olan faydalı bir çərəzdir. Araşdırmaya görə, cəvizin içərisində çox miqdarda omega 3 olduğundan infarkt riskinin qarşısını alır.

 

Yumurta

Protein tərkibli yumurta əzələ və sümük inkişafı üçün önəmlidir. Yumurta bəsləyici bir qidadır, tərkibindəki vitamin və amin turşusu ilə bədəninizi bəsləyir. Yumurta beyin üçün də yararlıdır. Yaddaş zəifliyi, hafizənin itməsinə qarşı müntəzəm olaraq yumurta yeyə bilərsiniz. Döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır.

 

Yer fıstığı

Yer fıstığının tərkibində protein, yağ və E vitamini var, faydaları isə bunlardır: Ürəyə xeyri var, qandakı xolesterinin miqdarını azaldaraq ürək və damar xəstəlikləri riskini azaldır. Başda döş, prostat və qalın bağırsaq xərçəngi olmaq üzrə xərçəngə qarşı qoruyur.

 

Doşab (bəhməz)

Doşab və doşab suyu süfrəmizdə mütləq olmalıdır. Faydaları isə bunlardır: Doşab qan artırır, qəbzlik probleminə kömək edir, ürək sağlamlığını qoruyur, stressi azaldır, xərçəngin qarşısını alır, enerji verir, əzələ və sümükləri gücləndirir, yuxu problemini aradan qaldırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir