insan

Şüuraltı düşüncənizi dəyişin – 5 YOLU

Baxış sayı: 319

Bu düşüncələr şüurlu beyin xaricində baş verdiyi üçün bir çox insan onları qətiyyən nəzərdən keçirməz. Bilmədən bu düşüncələrlə hərəkət etməklə onları daha da gücləndirmiş olarsız. Vərdişlər də bununla yaranır. Bütün bu əngəllərdən xilas olmaq üçün şüuraltınızı dəyişdirməlisiniz.

“Gencaile.az” bunun 5 yolunu təqdim edir.

 

1. Həyat keyfiyyətinizi pozan bu düşüncə qəliblərindən xilas olmaq istədiyinizə səmimiyyətlə yanaşın. Çox yemək, idmana getməmək, həmişə eyni həyat yaşamaq kimi düşüncə qəlibləriniz ola bilər.

Məsələn, çox yemək kimi düşüncəniz varsa, canınız nə zaman nəyi istəyir onu yemək haqqınızın olduğunu düşünə, ya da “yemək yemək məni xoşbəxt edir”, – deyə fikirləşə bilərsiz.

2. Hər davranış bir məqsədə yönəlib. Düşüncə qəlibinizdə var olduğunu düşündüyünüz məqsəd, ya da pozitiv bir niyyət təsbit edin. Bu inanc hansı məqsəd, ya da pozitiv niyyətə xidmət edir? Məsələn, çox yemənin arxasındakı pozitiv niyyət rahatlamaq, nəzarət etmək, zövq almaq, stress atmaq inancı ola bilər.

3. Bu inanclarla əlaqəli olan hər duyğunu önə çıxarın.

Duyğular şüuraltı beynimizin təməl dili olduğu üçün düşüncə qəliblərini şüur səviyyəsinə çıxardığınızda orda toplanmış olan duyğu enerjisini ifadə etmək imkanınız olur. Duyğular sizi keçmiş təcrübələrinizə bağlayan “yapışdırıcıdı”.

4. Hazırkı həyatınız və imkanlarınızı düşünərək sizə rahatlıq, qane olmaq duyğusu, xoşbəxtlik hissi yaşadacaq bu pozitiv niyyəti bəsləyəcək davranışlar, alternativ yollar müəyyən edin.

Şüuraltındakı pozitiv niyyət, sizi razı salacaq bir şey tapmasanız, keçmiş düşüncə qəlibləriniz yenidən dövrəyə girəcək. Buna görə özünüzə yeni məşğuliyyətlər tapın. Çətinlik çəkərkən dostlarınızla vaxt keçirin, məsləhətçi tapın, həzz və mükafat qaynaqları tapın.

5. Həyatınızın bu sahəsinə yönələn daha sağlam düşüncələr təyin edib onları beyninizdə təkrarlayın və tez-tez pıçıldayın.

Çox yemək istəyirsizsə, “bədənimin ehtiyacı olduğu qədər yeyər və xoşbəxt olaram. Az yeyib tam doymadan qalxaram, özümü yüngül hiss edirəm, ehtiyacım qədər qidalanıram”, – deyərək özünüzə təsəlli verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir