qadin

Tənha olmağın 6 üstünlüyü

Baxış sayı: 244

Əgər təzəcə tərk edilmiş və ya tərk etmiş birisinizsə üzünüyə tam qapılmamış bu təkliyin pozitiv tərəfləri ilə tanış olun. Məhz bu səbəblərə görə birindən ayrılırkən üzülməyə dəyməz.

Hər bir qadın tənhalığı başqa cür yaşayır. Kim isə bir neçə uğursuz sevgi romanından sonra özünü tamamı ilə karyeraya sərf edir, amma rəfiqələri ilə görüşlərdə həyatın ədalətsizliyindən şikayətlənir. Bəziləri isə depressiyaya düşür və həyatda daha ləyaqətli kişilərin qaldığına inam azalır. Bəzi xanımlar isə bu tənhalığı fürsətə çevirir və özünü inkişaf etdirir.  Sizə tənhalığın 6 üstünlüyünü təqdim edirik.

1. SİZ QƏRAR QƏBUL ETMƏDƏ TAM SƏRBƏSTSİNİZ

Tək və xoşbəxt: Tənha olmağın 6 üstünlüyü

İstənilən zaman dünyanın o biri ucuna bilet alıb – səyahət etməkdə, hansısa yeni kursu öyrənməyə başlamaqda, iş təklifini qəbul edib vəzifə artımına nail olmaqda, bəyəndiyiniz libası almaqda (baxmayaraq ki büdcənizə ciddi ziyanı ola bilər) sərbəstsiniz. Etdiklərinizə görə hesabat verməli, bəhanə axtarmalı olmursunuz. Bu sizə sərbəst hərəkət imkanı verir və günahkarlıq hissindən qurtarır.

2.ÖZÜNÜZÜ HƏLAK ETMƏK MƏCBURİYYƏTİNDƏ DEYİLSİNİZ

Tək və xoşbəxt: Tənha olmağın 6 üstünlüyü

İstənilən münasibət əmək – fədakarlıq istəyir. Bu sevmədiyin insanlar  (onun dostları, qohumları)ilə ünsiyyət, sevmədiyin filmlər,  xoşalmadığın yeməklər və s kimi özünü göstərə bilər. daima onun diqqətini, rəğbətini qazanmaq üçün mübarizə aparmaq durumuna sala bilər sizi.  Təklikdə isə rahat nəfəs almaq imkanın var. Hər gün onu yenidən özünə heyran etmək kimi dərdin yoxdur.

3. ÖZÜNDƏ GÜCLÜ ŞƏXSİYYƏT TƏRBİYƏ EDƏ BİLƏRSƏN

Tək və xoşbəxt: Tənha olmağın 6 üstünlüyü

Bəzən birlikdə olmaq istədiyin insana görə öz dəyər və prinsiplərindən keçərsən, bilmədən dəyişərsən. Tənha ikən isə insan ən çox özünə sadiq qalar. Münasibətdə ikən güclü birinə arxalanaraq hərəkət edirsən və öz dəyərini unudursan. Tənha ikən güclü olmaqdan başqa bir seçimin yox. Bu özünü yenidən qiymətləndirib, əslində nəyə qadir olduğunu anlamaq üçün fürsətdir. Həyata daha obyektiv baxmağa imkan verir. Məhz sərbəst ikən daha böyük irəliləyişlərə nail olub və yanınızda əslində necə birinin olmasını istədiyiniz haqqında düşünə bilərsiniz.

4. YENİ GÖRÜŞLƏR ÜÇÜN AÇIQSINIZ

Tək və xoşbəxt: Tənha olmağın 6 üstünlüyü

Bu təsadüfi görüşlər də ola bilər, ani keçmiş xatirələrin canlanıb yenidən həyatınıza girməsi də. Istənilən halda nə kiməsə vəd vermək. nə də kiməsə yox demək məcburiyyətiniz yoxdur.  Siz qarşı tərəfin diqqət əlaməti olaraq etdiyi jestləri qəbul edə və yüngül flörtə yer verə bilərsiniz, bundan heç kəsə ziyan gəlməz. Məcbur deyil ki, kiminləsə sevgi münasibətlərin olsun, sizə qayğı göstərən yaxşı dostlar ilə əhatə olunmaq olar və heç kəs sənin dost siyahına qarışmaz.

5. ARZULADIĞINIZ KİMİ GÖRÜNMƏK SƏRBƏSTLİYİ

Tək və xoşbəxt: Tənha olmağın 6 üstünlüyü

Azərbaycanda qarşı tərəflər xanımın geyiminə qarışmağı ümumiyyətlə adətə çevirib. Bir çox hallarda bu müdaxilələr tövsiyə ilə başlayır: bəlkə bir az arıqlayasan, ya bəlkə bir az daha kökələsən. “Mən istəyirəm ki yanımdakı xanım baxımlı olsun, həmişə “fit” görünsün. ”. Mən hələ daha kəskin formalarda olan digər müdaxilələri demirəm ki, bəzən bu ətəklərə və hansısa rənglərə yasaqlar ilə başlayır:  “Qırmızı geyinmə, çox diqqət çəkir”. Bir sözlə qadın öz zövqünə görə deyil, partnyorun seçiminə görə yaşama başlayır.

6. ÖZ ZAMANINIZA ÖZÜNÜZ HAKİMSİNİZ

Tək və xoşbəxt: Tənha olmağın 6 üstünlüyü

Saat neçədə durmağa və neçədə yatmağa siz qərar verişiniz. İşdən neçədə çıxmaq və həmin vaxtı necə keçirmək şəxsi seçiminizdir.  Zamanınızı başqasının deyil, öz prioritetlərinizə görə yaşayırsınız. İdmana gedə, kitab oxuya, yolüstü nəsə alıb yeyə bilərsiniz. Özünüzə  ayıracaq vaxtınız daha çoxdur və bu özünü inkişaf üçün sərf edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir