tarkan

Tarkandan sevgilisinin hamilə olması xəbərinə GÖZLƏNİLMƏZ AÇIQLAMA

Baxış sayı: 1. 523

Uzun müddətdir heç bir açıqlama verməyən türkiyəli müğənni Tarkan susqunluğunu pozub. Türkiyə telekanallarından birinə müsahibə verən məşhur pop-ulduz evliliyi və həyat yoldaşı Pınar Diləyin hamilə olması ilə bağlı mövzuya da toxunub. Tarkan reportaja çox xoşbəxt bir şəkildə barmağındakı üzüyü göstərərək başlayıb.

“Gencaile.az” Tarkanın müsahibəsini təqdim edir:

– Megastar evləndi, hər kəs şok oldu.

– Niyə, mənim evlənməyə, xoşbəxtliyə, xoşbəxt olmağa haqqım yox idimi?

– Bal ayı düşünürsünüzmü?

– Yox, hazırda albom üzərində çalışıram. Bu layihəm bitənədək hələ buradayam. “Əhdə vəfa” albomuna olan marağa görə bütün dinləyicilərə təşəkkür edirəm. Müsbət şərh edən jurnalistlərə, sənətçi dostlara və  hətta tənqid edənlərə də çox təşəkkür edirəm. Mənim üçün hər cür maraq gözəldir.

– Uşaq haqqında düşünürsünüzmü?

– Çox yaxında düşünmürük. Bu barədə olan  dedi-qodular da həqiqətən dedi-qodudur. “Hamilə olduğu üçün evləndilər”-filan deyirlər. Elə şeylər doğru deyil.

– Qız, yoxsa oğlan uşağı istəyirsiniz?

– Şablon söz olsa da, mən təkrar edəcəm, sağlam olsun, bu, kifayətdir. Amma əlbəttə ki, ata olmaq istəyirəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir