kolbasa

Təzyiqi olanlar bu ərzaqlardan uzaq dursun!

Baxış sayı: 1. 714

Həkimlər təzyiqi normada saxlamaq üçün bir sıra qaydalara əməl etməyi məsləhət görürlər.

Tibb alimləri ilk növbədə kolbasa və sosiska kimi ərzaq məhsullarından imtina etməyi vacib bilirlər. Bu ərzaq məhsullarında gizli formada doymuş yağ turşuları və artıq duz vardır.

Doymuş yağ qan dövranına, artıq duz isə mayenin bədəndən çıxmasına mane olur. Bu isə ürəkdə əlavə yük yaradaraq onun normal fəaliyyətini pozur və təzyiqi qaldırır. Deməli, yarım kilo sosiskadansa, 100 qram ət yaxşıdır. Qaynadılmış 100 qram toyuq və ya mal ətindən 20 qram təmiz zülal alınır ki, bu da ürəyin normal funksiyası və damar tonu üçün bəs edir. Gün ərzində hər bir adama orta hesabla 60 qram zülal lazımdır.

Şəkəri tünd şokoladla, duzlu və ədviyyatlı yeməkləri daha çox göyərti, tərəvəz, sitrus meyvələri ilə əvəz etmək tövsiyə olunur. Ən azı həftədə iki dəfə masada balıq xörəkləri olmalıdır. Bundan başqa, ayaqlar hər gün suya qoyulmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir