krem

Tonal krem dərindən necə təmizlənir?

Baxış sayı: 1. 435

Tonal krem dərimizdə qüsurları örtmək üçün bizə kömək edir. Onu istifadə etdikdən sonra isə əsas məsələ təmizlənməsinə gəlir. İstifadə edərəkən xüsusi nüanslara diqqət etdiyimiz kimi təmizlik prosesində də bəzi nüanslara diqqət etməliyik ki, tonal krem üzümüzdən dərindən təmizlənsin. Bu xüsusi nüansları bilməyimiz bizə sağlam və gözəl üz dərisi bəxş edir. Buna görə də tonal kremin üzdən dərindən təmizlənməsi üçün sənə bəzi hiylələr veririk.

Birinci növbədə tonal kremi üzdən təmizləməyə başlarkən diqqət olunmalı vacib məqam dəri növünü düzgün bilməkdir. Belə ki, yağlı dəriyə sahibsənsə su tərkibli tonal kremlərə üstünlük verməlisən, yox, əgər quru dəri növünə sahibsənsə nəmləndirmə təsiri güclü olan tonal kremlər seçməlisən. Əgər, yağlı dərin olub, həm də, nəmləndirici tərkibi bol olan tonal krem istifadə edirsənsə dərində yağ bazası getdikcə artacaq və sızanaqlar yaranacaq. Quru dəriyə sahib olub nəmləndirici tərkibi bol oln tonal kremləri deyil də, su tərkibli kremlərdən istifadə etdiyində də tonal krem dərində hiss olunacaq və lapa şəklində qalacaq. Buna görə də mütləq dəri növünü düzgün şəkildə müəyyən etdikdən sonra dərinə uyğun tonal krem tapmalısan. Bu kremi tapdıqdan sonra onun dərindən təmizlənmə üçün də vasitəsinin axtarışına çıxmalıyıq. Seçdiyin makiyaj təmizləmə vasitəsi belə tonal krem kimi dərinə uyğun olmalıdır. Həm də bilməlisən ki, bir vasitə ilə tonal krem dəridən təmiz çıxmır. Bəs nə etməli?

Tonal kremin təmizliyində sadəcə su yetmir. Düzdür, hər nə qədər də gözlə görülsə də təmizlənib, amma əslində dərindən təmizlənmir. Çünki gün boyu tonal krem üzümüzdə qalır, dərimiz tərəfindən yeyildikcə məsamələrə dolur. Və bu zaman da həmin məsamələrdəki tonal krem hissəciklərini su ilə təmizləmək mümkün olmur. Su ilə birlikdə sabun istifadə etmək dərini zədələyə bilir. Ona görə də sabun istifadə etmək istəsən çalış ki, bitki tərkibli, kimyəvi maddələri olduqca az olan uşaq sabunundan istifadə edəsən. Buna görə də bir çox kosmetik sabunlar üz yuyulması üçün heç də doğru seçim deyil. Məhz bu səbəbdən də tonal kremin üzdən yaxşı təmizlənməsi üçün bitki tərkibli makiyaj təmizləmə vasitələri məsləhət görülür. Belə ki, üzündəki tonal kremi birinci ilıq su ilə yuyursan, sonra keyfiyyətli uşaq sabunu ilə təmizləyib, yenidən ilıq su ilə durulayırsan. Daha sonra isə bitki tərkibli makiyaj təmizləyici gel ilə dərindən təmizləmə prosesini davam etdirirsən. Əsasən bu makiyaj təmizləmə geli yarı sulu, jele kimi olmalıdır ki, su ilə rahat şəkildə yuyulsun və üzü yaxşı təmizləsin.

 

Dərindən təmizləmə porsesinin ən püf nöqtəsi tonikdən istifadədir. Belə ki, tonik tonal kremin üzdən tam çıxmasına şərait yaradır. Üzün sabun və gel ilə təmizlənməsindən sonra pambıq disk ilə toniki üzə çəkirsən. Bu məsamələrin tam açılmasına və hava almasına kömək edəcək. Buna görə də toniki istifadə etməyə başlamazdan əvvəl üzünü ilıq su ilə yumalısan ki, məsamələr sıxlaşmasın. Əks halda soyuq su ilə yuyulmuş üzdə məsamələr sıxlaşır və tonikdən istifadə də heç bir nəticə vermir.

 

Bunu da unutma ki, bütün bu prosesdən sonra dəri yorulur. Məhz bu səbəbdən də uyğun nəmləndirici kremlə üz dərini yumşaltmalısan və nəticədə rahat, saf bir dəriyə sahib olacaqsan.

Qeyd edək ki, makiyaj edərkən tonal kremi dərinə uyğulamamışdan əvvəl dərinə uyğun keyfiyyətli makiyaj bazası çəkə bilərsən. Belə olduğu halda tonal krem üzdə həm çox qalacaq, həm də ki, kremin birbaşa dəriyə təmasının qarşısını alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir