dolma

Torpaq çərşənbəsi menyusu

Baxış sayı: 1. 690

Artıq bayramın son çərşənbəsi – Torpaq çərşənbəsidir. Bəzi bölgələrdə, evlərdə bu çərşənbə elə bayram kimi də qeyd olunur. Süfrələr açılır, bütün ailə süfrə arxasında yazın gəlişini qeyd edir. Bu dəfə bayram günü ilaxır çərşənbə ilə eyni vaxtda təsadüf etdiyindən bu günü ikiqat bayram hesab edənlər də var.  Biz də son çərşənbədə sizin yanınızda olub, sonuncu çərşənbənin də dadlı-duzlu menyusunu təqdim edirik.

 

Pip yarpağından dolma

Ərzaqlar

Qoyun əti – 500 qr

Düyü (yumru) – 50 qr

Baş soğan – 2 ədəd

Ərinmiş kərə yağı – 50 qr

Göyərti (keşniş, şüyüd, nanə)

Pip yarpağı

Qatıq

Duz, istiot, darçın

 

Hazırlanması

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranmış göyərti, ərinmiş kərə yağı, nanə, bir çimdik darçın, duz və istiot əlavə edilib qarışdırılır. Hər yarpağa qiymə bükülüb qazana səliqə ilə yığılır. Üzərinə su əlavə edilir, bişməyə qoyulur. Pip yarpağı nazik olduğundan içərisinə ət az miqdarda qoyulur. Süfrəyə qatıqla birlikdə verilir.

 

“Xanım əllər” salatı

Ərzaqlar

Toyuq əti – 300 qr

Təzə xiyar – 1 ədəd

Qoz ləpəsi – 100 qr

Şüyüd – 1 dəstə

Qatıq – 1 st.

Duz

 

Hazırlanması

Toyuq ətir pörtlədilir və didilir. Xiyar samanvari, şüyüd xırda doğranılır. Qoz ləpəsi üyüdülür. Ərzaqlara qatıq və duz əlavə edilərək qarışdırılır. Hazır salatın üzəri üyüdülmüş qoz ləpəsilə bəzədilir.

 

Şəkərparə

Ərzaqlar

Un – 4 st

Yumurta – 2 ədəd

Kərə yağı – 5 x.q.

Şəkər kirşanı – 2 st.

Manna yarması – 4 x.q.

Qabartma tozu – 10 qr.

Vanil – 10 qr.

Şərbət üçün

Limon suyu – ½ st.

Şəkər tozu – 3 st.

Su – 4 st.

Üstü üçün

Fındıq ləpəsi – bir ovuc

 

Hazırlanması

Otaq istiliyində yumşaldılmış kərə yağının üzərinə sıra ilə şəkər kirşanı, yumurta, manna yarması, qabartma tozu və vanil əlavə edilib krem şəklini alana qədər mikserlə qarışdırılır. Qarışığın üzərinə un əlavə edilir və yenidən mikserlə çalınıb yumşaq xəmir yoğrulur. Xəmirdən parçalar qoparılır və ovuc içində yumrulanıb üzərinə qabığı təmizlənmiş fındıq ləpəsi yerləşdirilir. Əvvəlcədən 160 dərəcəyədək qızdırılmış sobada 30 dəqiqə bişirilir.

Şərbətin hazırlanması

Şəkər tozu, su və limon suyu qaynadılır. Şərbət soyumuş şəkərparənin üzərinə gəzdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir