toyuq yumurta

Toyuq birinci yaranıb, yoxsa yumurta?

Baxış sayı: 1. 908

Artıq bu sual yüz illərin fəlsəfi və elmi sirri deyil.  Türkiyə mətbuatı xəbər verir ki, alimlər bu sualın cavabını tapdıqlarını açıqlayıblar. Alimlərin fikrincə, yumurta toyuqdan yaranıb. Arışdırmaçılar iddia edirlər ki, yumurta qabığı yalnız toyuqların yumurtalıqlarındakı proteindən yarana bilər. Ovokledidin-17 və ya OC-17 adı verilen protein qabığın əmələ gəlməsinin sürətlənməsində katalizator rolunu oynayır.

İngiltərənin Sheffield ve Warwick universitetlərinin alimləri bir yumurtanın yaranmasını yaxından izləyə bilmək üçün kompyuterdən istifadə ediblər. “HECToR” adlanan kompyuter OC-17 proteininin qabığın əmələ gəlməsini başlatmaqda vacib rol oynadığını sübut edib. Alimlərin bu kəşfi “Structural Control Of Crystal Nuclei By An Eggshell Protein” adlı məruzə ilə yayılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir