ozk

Türkiyəli bərbər: “Vasif Məhərrəmli və “Qala” qrupundan Ceyhun çox xəsisdirlər” – MÜSAHİBƏ

Baxış sayı: 2. 073

Türkiyəli olsa da. onu həm də azərbaycanlı kimi təqdim edə bilərik. Artıq 12 ildir ki, ölkəmizdə çalışan və azərbaycanlı xanımla ailə həyatı quran Cəmil bizlərdən biridir. Onu daha çox stilist Cəmil, usta Cəmil kimi tanıyırlar. Cəmil Özkoç həm də 9 ildən çoxdur ki, Azərbaycan futbolçularının və şou-biznes əhlinin ən çox müraciət etdiyi bərbər kimi məşhurdur. “Gencaile.az” saytının qonağı tanınmış bərbər Cəmil Özkoçdur.

– Artıq uzun illərdir Azərbaycanda işləyirsiniz. Maraqlıdır, niyə Türkiyədə yox, Azərbaycanda çalışmağa üstünlük vermisiniz?

-Bəli, artıq 12 ildir sizin ölkənizdə yaşayıram. Azərbaycanda olan qohumlarımın vasitəsi ilə bura gəlmişdim. Burdakı işimdən razıyam. Azərbaycanı çox sevirəm. Bura mənim ikinci vətənimdir.

8

– Saç ustası olaraq azərbaycanlı və türkiyəli müştəriləriniz arasında hansı fərqləri müşahidə etmisiniz?

– Saç stilləri baxımından fərqlər var. Türkiyədə daha çox Avropaya uyğun saç stillərinə, Azərbaycanda isə sadə formalara üstünlük verilir.

– Müsahibələrinizin birində demişdiniz ki, Kriştiano Ronaldo və Arda Turanı kreslonuza oturtmaq istərdiniz. Niyə məhz Ronaldo və Arda?

– Ronaldonun saç stili demək olar ki, hamının xoşuna gələn stildir. Arda Turana gəlincə, isə həm onu bir “Qalatasaray”lı olaraq dəstəklədiyim üçün, həm də saç və saqqal formasının ən son stillərə uyğun olması səbəbindən məhz onları qeyd etmişdim.

– Maraqlıdır, bəs hansı ulduz futbolçunun müştəriniz olmasını istəməzdiniz?

– Ən nifrət etdiyim futbolçu olan Emre Bölezoğlunu, Azərbaycan futbol ictimaiyyətinin nümayəndələrindən isə Hüseyn Məhəmmədovu qeyd edə bilərəm.

– Bir “Qalatasaray”lı kimi Emreyə mənfi münasibətinizi başa düşmək olar. Bəs Hüseynə münasibətiniz niyə yaxşı deyil?

– Məhəmmədov tanıdığıma peşman olduğum yeganə insandır. Heç nəyi bəyənən deyil. Həm çox kaprizli, həm də yalançıdır. (Zarafat etdiyini əlavə edir – T.M)

– Yeri gəlmişkən, hansı futbolçular sizin müştərinizdir?

– Demək olar ki, milli komandanın bütün üzvləri. Ümumilikdə 40 yaxın yerli və əcnəbi futbol adamı mənim müştərimdir. Vaxtilə Azərbaycanda olan Con Toşak, Mustafa Dənizli, Mirça Rednik, Cavad Gülər, Əhməd Dursun, Admir Teli və s. Kimi tanınmışlar da saçını mənə həvalə edirdi.

– Bəs bu sıraya şou-biznes nümayəndələrindən kimlər daxildir?

– Ədalət Şükürov, Elçin Hüseynov, Samir Piriyev, Ayaz Qasımov, Pərviz Abdullayev, “Qala” qrupundan Ceyhun və s. Təbii ki, Fərda Xudaverdiyev və Vasif Məhərrəmlini də mütləq qeyd etməliyəm. Bu gün əgər mənim müştərim çoxdursa, birinci Allaha, sonra isə Fərda ilə Vasifə minnətdaram. Onlara çox şey borcluyam. Dəstəklərini heç vaxt unutmaram.

– Hansı tanınmış futbolçu və şou-biznes adamının pul verməklə arası yoxdur?

– Hüseyn Məhəmmədov, Əfran İsmayılov və “Asif Məmmədov. Bu futbolçuların pul verməklə qəti araları yoxdur. Müğənnilərdən isə Vasif Məhərrəmli və “Qala” qrupundan Ceyhun çox xəsisdirlər. Ən kaprizlilər isə Qara Qarayev, Ansi Aqolli və Elçin Hüseynovdur. Artıq 6-7 ildir saçlarını mən düzəldirəm, amma heç nə bəyəndirə bilmirəm.

9

– Maraqlıdır, bəs hansı tanınmış mştəriniz əliaçıqdır? 

– Ədalət Şükürov, İbrahim Şehiç, Maksim Medvedev, Mahir Şükürov və Ruslan Abışovu qeyd edə bilərəm. Onnlar həmişə mənə artıqlaması ilə zəhməthaqqı verir. Ümumiyyətlə, adını çəkdiyim tanınmışlar çox sadə adamlardır.

– Türkiyədə “xəbəri bərbərdən soruş” deyə bir ifadə var. Təbii ki, ən isti xəbərlər sizdə olur. Bizə hansı eksklüziv xəbəri açıqlaya bilərsiniz?

– Düzdür, Türkiyədə belə bir deyim var və həqiqətən də biz məlumatları hamıdan əvvəl bilirik. Amma mənim sizə hansısa xəbəri verməyim bir az yaxşı olmaz. (gülür- T.M)

– Yəqin ki, iş prosesində elə hadisələr olur ki, indinin özündə də xatırlayanda üzünüzdə təbəssüm yaranır.

– Bir dəfə də “Qarabağ”ın futbolçularının saçını qırxmaq üçün qaldıqları otelə getmişdim. Axşamüstü idi. Həmin vaxtlarda otelə gəlməyim Rəşad Sadıqovun xoşuna gəlmirdi. Mənə deyirdi ki, bu vaxt gəlmə, gecdir, futbolçulara mane olursan. Amma yenə də məsuliyyətsizlik edib, gecikmişdim. Futbolçuların saçlarını qırxandan sonra öz-özümə dedim ki, nə yaxşı bu gün Rəşadla qarşılaşmadım. Çıxmağa hazırlaşırdım, liftin düyməsini basdım. Liftin qapısı açıldı, içindən Rəşad çıxdı. Yenə tutdu məni, qaça bilmədim. (gülür – T.M)

 Söhbətləşdi: Tural Məmmədov

3 1 2

3 5 7

CO




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir