canta

Unudulmuş trend yenidən moda arenasında

Baxış sayı: 366

Əsas tendensiyalar arasında nadir hallarda yer alan, eyni zamanda heç vaxt moda arenasını tamamilə tərk etməyən geyim və aksessuar kateqoriyası var. Zəncirli çantalar buna parlaq bir nümunədir. Biz çantalarda zəncir ixtirasını Qabriel Şanelə borcluyuq. Keçən əsrin ortalarında yaşayan dizayner o dövrdə məşhur olan qısa tutacaqlı retikullara sadəcə olaraq nifrət edirdi. Bu nifrət onu məktub formalı 2,55 çanta modelini yaratmağa sövq etdi. Dünya qadınlarının uzun zəncirli çanta ilə tanışlığı da elə burdan başladı. Təxminən 70 ildir ki, zəncirli modellər tendensiyaların daimi dəyişkənliyinə tab gətirə və moda arenasında qala bilib. Həmçinin keçən payızda zəncirli çantalar uzun müddət ərzində ilk dəfə ən vacib tendensiyalar siyahısına daxil oldu. Hansı ki, onlar 2024-cü ilin yaz-yay mövsümündə öz mövqelərini itirməyəcəklər.

Zəncir tutacaqlı çantalar bir çox markanın kolleksiyalarında yer alıb. Bəzi dizaynerlər “etalon” zərf formasına müraciət esələr də, ona yenidən forma vermək qərarına gəliblər. Vircini Viar “Chanel” çantalarının adi modelləri ilə birlikdə, daha kiçik versiyalarını nümayiş etdirib: belə bir mikro çantaya bank kartı və dodaq parıldadıcısından başqa bir şey çətin ki, sığsın. Lakin bu, şübhəsiz ki, axşam obrazları üçün möhtəşəm bir aksesuar ola bilər.

“Tom Ford” isə parlaq çalarlarda, qapağı böyük T hərfi şəklində olan möhtəşəm modellər təqdim edib. Peter Hokinqs təklif edib ki, monoxrom dəstin bir hissəsi olaraq zəncirli rəngli çanta taxa və ya onu digər ziddiyyətli rənglərlə birləşdirə bilərsiniz.

“Schiaparelli” moda evinin kolleksiyalarında zəncir sırf dekorativ funksiyanı yetirdiyi üçün dizaynerlər çantanı klatç kimi taxmağı təklif ediblər. Texnika çox effektivdir və əllərinizi istənilən vaxt azad etmək istədikdə, aksesuarı çiyninizə asanlıqla asmaq olar.

“Givenchy” və “Loewe” 2024-cü ilin yaz-yay mövsümünün iki əsas tendensiyasını bir modeldə – zəncir və çox böyük çantalarda birləşdirməyə qərar veriblər. Metyu Uilyams böyük yumşaq metal dəri çantanın sapını təsiredici zəncirlə əvəzləyib, Conatan Anderson da öz növbəsində əlavə dekor kimi zəncirdən istifadə etmək qərarına gəlib. Bir sözlə seçimlər çoxdur. Və hazırda qarderobunuzda hansı çantanın əskik olmasından asılı olmayaraq, zövqünüzə uyğun zəncirli modeli mütləq tapacaqsınız. Üstəlik, belə bir çanta aktuallığını heç zaman itirməyəcək və qarderobunuz üçün sərfəli bir investisiya olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir