vALIDEYN

Uşağı necə düzgün tərifləmək lazımdır? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 638

Uşaq psixoloqu Haim Qinnot hesab edir ki, uşağı tərifləmək penisillin kimidir: əsas odur ki düz istifadə edəsən və yan fəsadları barədə unutmayasan.

Adətən, tərif uşağı hərəkətləri təkrar etməyə yox, müsbət rəysiz bir iş görməməyə öyrədir.

Yanlış və ümumi formullar uşaqda elə təəsürat yaradır ki, valideynlər ona diqqət yetirmir. Sizə bu istiqamətdə bəzi məsləhətlər təklif edirik.

valideyn

1) Afərin

Bunun yerinə “Sağ ol ki, evi yığışdırmaqda mənə kömək etdin. Ayaqqabıları necədə səliqəli düzmüsən. Bundan sonra səhər onları daha tez tapacayıq” sözlərini istifadə edin.

Məsələ ondadır ki, “afərin” sözü konkretdir və uşaq bu tərifi nəyə görə aldığını o qədər də anlamır. Siz onunla məhz nəyə görə qürur duyduğunuzu başa salmalısınız. Beləliklə o, sizin ona nəyə görə qiymət verdiyinizi rahat anlayacaq.

 

2) Bacardın!

Bunun yerinə “Uzun müddətdir ki, bağları necə bağlamağa çalışdığını izləyirəm. Bu o qədər də asan deyil, elədirmi? Mən səninlə qürur duyuram, çünki sən davam edirdin və təslim olmurdun. Bunu etdiyin üçün tez bir zamanda səndə bu alınacaq” sözlərini işlədin.

Başqa sözlə, nəticəni yox, uşağın cəhdlərini tərifləyin. Yalnız nəticəni təqdir etdikdə siz onu ruhdan salırsınız. Sözsüz ki, uğuru qiymətləndirmək normaldır. Lakin bu istiqamətdə göstərilən səylər də gözdən qaçmamalıdır. Belə bir dəstəkdən sonra, uşaq sizin ona indandığınıza əmin olacaq.

 

3) Qəşəng görünürsən!

Bunun yerinə “Futbolkanın üzərindəki heyvanlar xoşuma gəlir. Bəs sənin sevdiyin hansıdır?” deyin. Çünki xarici görünüşə görə verilən kompliment onun özünə dəyər vermə hissini aşağı sala bilər.

Uşaq düşünə bilər ki, yalnız xarici görünüşə görə sizin ondan xoşunuz gəlir. Böyüdükcə onlar xarici görünüşləri ilə bağlı daha çox narahat olacaqlar.

Buna görə də, çalışın tərifləyərkən diqqəti onların dəyişdirə biləcəyi şeylərə yönəldin. Məsələn, paltar, ayaqqabı və s. Belə söhbət uşağa göstərəcək ki, siz onun hissləri və fikirləri ilə maraqlanırsınız.

valideyn

4) Əla şəkildir!

Bunun yerinə “Seçdiyin rənglər çox xoşuma gəldi. Nəyə görə məhz onları seçdin?” sözlərini istifadə edin.

Uşaq son bir ayda sizə yüzlərlə şəkil göstərə bilər. Amma onun üçün onların hamısı xüsusidir. Uşaqlar sizdən elə-belə tərif gözləmir. Şəklin hansısa elementini seçin və onu uşaqla müzakirə edin.

 

5) Sükanı belə saxla!

Bunun yerinə “Sən çox əziyyət çəkdin. Şadıq ki, müəllim bunu gördü. Sən bu qiymətə layiqsən. Məsələ üzərində işləyərkən, gələn dəfə sənə nə lazım olacağını bildin?”.

O. çox oxuyursa, buna diqqət yetirin.

Deyin ki, siz onun səylərini gördünüz və qiymətləndirdiniz. Yaxşı qiymətlərə görə təriflərin, lakin bu qiymətlərə necə aldığını da ğyrənməyə çalışın. Beləcə uşaq yenidən necə uğur qazana biləcəyini rahat şəkildə anlayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir