uşaq

Uşağın dil açmasının əyləncəli yolu

Baxış sayı: 1. 601

Uşaqların dil açıb danışmağı öyrənməsinə həmyaşıdlarının səsi kömək edir. Bu, Kanadada aparılan bir araşdırma zamanı ortaya çıxıb.

Nəticələrə görə, körpələr həmyaşıdlarının səsini yetkinlərin səsindən təxminən yüzdə 40 daha uzun müddət dinləyir, bu da danışmağı öyrənmə müddətində son dərəcə əhəmiyyətli rol oynayır.

Araşdırma zamanı 6 aylıq körpələrə həmyaşıdlarının səsləri dinləndirilib. Müşahidə zamanı həmyaşıdlarının səsini dinləyən körpələr gülümsəyib, dodaqlarını tərpədərək bu səsləri özləri də çıxarmağa çalışıblar.

Araşdırmanın digər nəticəsinə görə, körpələr yalnız ikən səslər çıxardıb dodaqlarını fərqli şəkillərdə hərəkət etdirərək, öz səslərini tapmağa çalışırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir