valideyn

Uşaq tərbiyə edən anaların səhvləri

Baxış sayı: 1. 491

Bəzən valideynlərə çox məsum görünən davranışlar, uşağı üçün faydalı hesab etdikləri hərəkətlər onlar üçün zərərli ola bilər. “Gencaile.az” anaların uşaqların tərbiyəsində yol verdiyi səhvləri belə sıralayır.

Əksər analar uşaqlarından ayrı düşə bilmirlər, hər işi birlikdə görürlər. Məsələn, “İmtahandan yaxşı qiymət aldıq, atamız bizi tətilə aparacaq” kimi cümlələr quran analar uşaqların bir fərd olduğunu bəzən unudurlar. Bu vəziyyət uşağın daxili intizamının və məsuliyyət duyğusunu inkişaf etdirməsinə mane olur. Sonrakı vaxtlarda mənfi nəticələr doğurur. Məsələn, universitet təhsili üçün başqa bir şəhərdə yaşamağa başlayanda pula qənaət edə bilmirlər, ev səliqəsiz və dağınıq olur, artıq gənc olan şəxs nə edəcəyini bilmir, doğru qərar verə və ya təkbaşına qərar verməkdə çətinlik çəkirlər.

Uşağa davamlı “sən mükəmməlsən” demək, ümumiyyətlə, bu cür münasibət uşaqlarda özünə vurğunluğun inkişafına zəmin hazırlayır. Gələcəkdə başqalarının fikirlərinə əhəmiyyət verməyən şəxs kimi yetişəcək, layiq olmadığı halda hər zaman diqqət mərkəzində olmaq istəyəcək. Ətrafına kifayət qədər diqqətli olmayan bu insanlar uğurlu olmadığı zaman özlərini hədsiz dərəcədə bədbəxt hiss edəcəklər.

Uşaqları cinsi ayrı-seçkilik mühitində yetişdirmək valideynlərin ən çox etdiyi səhvlərdən biridir. Qız uşaqlarının çox qorunaraq yetişdirilməsi, oğlan uşaqların isə sərbəst yetişdirilməsi olduqca yanlışdır. Bir çox ictimai problemimizin əsasında bu davranış tərzinin yatdığını deyə bilərik. Həmçinin çox mühafizəkar mövqe tutan valideynlərin uşaqlarında özünə inamsızlıq yüksək səviyyədə müşahidə edilir.

VALIDEYN

Uşaq yeməyini yemədiyi zaman əlində yemək qaşığı uşağın dalınca qaçmaq uşağın öz ehtiyaclarını ödəyə bilməməsinə yol açır. Zorla yemək yedirdilən uşaqlarda bəzi qüsurları ortaya çıxa bilər. Uşaq aclıq hiss etmir, ya da hədsiz iştaha kimi problemlərlə qarşılaşırlar.

“Geyinməsən xəstə olarsan, qaçsan yıxılarsan, zərər görərsən” kimi yanlış qurulan cümlələr erkən yaşda uşağın yaddaşına həkk olunur. Cümləni belə qurmaq lazımdır: “Bayır soyuqdur, üşüyərsən”.

Kompüter, televizor, planşet və cib telefonu kimi texnoloji alətlərin istifadəsinə nəzarət etməmək, onlar məhdudlaşdırmamaq valideynlərin tez-tez istifadə etdiyi səhvlərdən biridir. Texnologiyadan asılı olmaq həm də əsrimizin ən böyük problemlərindən biridir. Həmçinin texnoloji alətlər uşağın təhsilinə mənfi istiqamətdə təsir edir və ya sosial mühitlə olan əlaqəsini iflasa uğradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir