Uşaqlara müxtəlif dilləri necə öyrətmək olar?

Baxış sayı: 733

Övladınıza eyni anda müxtəlif dilləri öyrətmək üçün ilk növbədə yanlış fikirlərdən uzaq olun, buna inanın və uşağınızın poliqlot olmasını istəyin.

İkinci sual: Uşağa eyni anda neçə dil öyrətmək olar?

Bu sualın doğru cavabı yoxdur, çünki sizin evdə nə qədər çox dil danışılırsa uşaq da o qədər dil və ya ən yaxşı halda bir əlavə dil öyrənə bilər. Məsələn, ata və ana 2 müxtəlif xarici dil bilirsə, uşaq ana dilindən əlavə 3 yeni dil öyrənə bilər. Amma bir mühüm məsələni unutmayın- əsas olan mühitdir. Onun nə qədər çox dil öyrənməsini istəyirsinizsə övladınız bir o qədər müxtəlif mühitlərə düşməlidir, dili istifadə etməlidir, ən azı kimsə mütəmadi bu dildə onunla danışmalı və ya birgə öyrənməlidir. Uşaqlar oyaq vaxtın 30%-ni öyrəndiyi dilin mühitində olmalıdır. Ümumiyyətlə, eyni anda 4-dən çox dilin uşağa öyrədilməsi məhsuldarlığı aşağı salır.

 

Üçüncü sual: Neçə yaşında başlamaq lazımdır?

Elə bu gündən. Nə qədər tez başlasanız bir o qədər faydalıdır. Uşaqlar 3 yaşlarına qədər müxtəlif səsləri və dil xüsusiyyətlərini daha yaxşı fərqləndirirlər, yeniyetmə dövründə isə bu aktivlik demək olar ki, tam olaraq itir.

Dördüncü sual: Nə etməliyəm?

Zəruri olan mühiti yaratmaqdır. Ümumiyyətlə, öyrənən dil ilə bağlı uşağa heç bir dəstək yoxdursa, bu dili öyrənməyə başlamağa dəyməz. Uşaq öyrəndiyi hər bir dili eşitməlidir, danışmalıdır, digər insanlarla ünsiyyət qurmalıdır. Faydalı resurslarla tanış olun. Hər dilə aid kitablar, videolar, mahnılar və digər vasitələr əldə edin. Övladınızla hər gün bu resurslardan istifadə etməklə ünsiyyətdə olun

Beşinci sual: Necə etməliyəm?

Müəyyən məqsədlər müəyyənləşdirin. Gündə bir neçə söz, bir neçə oyun, bu və ya digər dildə şer demək kimi hədəflər müəyyən edə bilərsiniz. Amma bir məqamı unutmayın- bu dilləri öyrənmək övladınız üçün əyləncə olmalıdır, məcburiyyət yox. Bu prosesdən həm siz, həm övladınız xoşbəxt olmalıdır. Əks halda, ciddi fəsadlarla üzləşə bilərsiniz.

Ən əsası səbrli olun və övladınıza hər addımında dəstək olun.

 

Sizə bu işdə uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir