Fazile Camalova

Uşaqlarda əqli gerilik və ya zəka yetərsizliyi

Baxış sayı: 681

Uşaqlarda ən vacib xüsusiyyətlərdən biri, dünyaya gəldiyi andan etibarən yaranan və böyüdükcə dayanmadan inkişaf edən zəkaya sahib olmalarıdır. Normal inkişaf edən və yetərli zəkası olan uşaq normal düşünən, ətrafdakı hadisələrə düzgün qiymət verə bilən, öyrəndiklərini təhlil edə biləndir. Bəzi uşaqlar bu prossesdə ləngiyir, əsasən düşünə bilmir, öyrənə bilmir, inkişafı zəifləyir, bununlada zəka geriliyi əmələ gəlir. Zəka geriliyi olan uşaqların sosial bacarıqları yaşıdlarına əsasən çox az  olur. Zəka geriliyi və ya əqli gerilik olaraqda adlanır və baş beynin üzvi patalogiyası nəticəsində meydana gələn xroniki xəstəlikdir. Ümumiyyətlə uşaqın böyüməsində; əqli inkişaf, fiziki inkişaf, sosial inkişaf böyük rol oynayır

Əqli geriliyin səbəbləri; Əqli geriliyin yaranmasında bir çox səbəblər böyük rol oynayır. Hamiləlik dönəmində baş verən hər hansı bir problem uşaq dünyaya gəldikdən sonra aşkarlana bilər. Əsasən hamiləlik dönəmində bu səbəbləri aşkarlamaq və ya müdaxilə etmək mümkün olmur.

Genetik faktor,irsiyyətlə bağlı əqli qüsurlar. Mütləq ki,valideyinlərin birində olan əqli qüsur uşaqda zəka yetərsizliyinin səbəbi ola bilər. Zəka yetərsizliyinin və ya əqli qüsurun irsiyyət səbəbindən yaranma riski mövcuddur.

Hamiləlik dönəmi; Körpə ana bətnində olarkən keçirdiyi yoluxucu xəstəliklər (toksoplazma, məxmərək) körpədən beyin zədələnməsinə, əqli qüsurlara gətirib çıxara bilər.

Bəzi viruslar dil,inkişaf geriliyinə səbəb ola bilər. Hamiləlik dövründə infeksiyalara məruz qalan uşaqlar “AUTİZM SPEKTR POZUNTUSU VƏ YA DİQQƏT ÇATIŞMAZLIĞI, HİPERAKTİVLİK” kimi vəziyyətlərin riskini yüksək dərəcədə artırır.

Valideynlərlərin birinin alkoqol və ya narkotik kimi zərərli maddələrin qəbulu.

Körpənin ana bətnində olarkən oksigen çatışmazlığına səbəb olacaq hər hansı bir hadisə.

Erkən doğuş.

– Baş beyin xəsarətləri(yol qəzası, hündürlükdən yıxılma)

– Yeni doğulmuş körpənin ağır fizioloji sarılığı,

– Tiroid hormon çatışmazlığı.

Ətraf mühitlə əlaqələr uşaq inkişafı üçün mütləqdir. Sevgi,qayğı anlayış, sağlam münasibət, təhsil, təlim, akademik bacarıqların inkişafı uşaqlarda zəka geriliyinin inkişafının zəifləməsində böyük rol oynayır. Ümumiyyətlə araşdırmalara istinadən zəka geriliyinin 30% qədər səbəbi aşkarlanmayıb.

 Zəka geriliyini erkən yaşda aşkarlamaq daha çətindir. Şiddətli zehin geriliyi olan uşaqlardan görünən bəzi fiziki pozuntular, danışma, qavrama, diqqət və s.

Zəka geriliyinə erkən müdaxilə, düzgün psixoloji dəstək hər zaman olmalıdır.

Zəka geriyinin müalicəsinə rasional yanaşma uşağın mövcud intelektual qabiliyyətinin səviyyəsini aktivləşdirmək və onun sosial adaptasiyasının artırılması yönündə çalışmaq lazımdır. Ailə uşağın nəyi edə biləcəyini və ya edə bilməyəcəyini bilməli və gözləntilərini real səviyyədə qorumalıdır və bunu uşağa hiss etdirməməlidir. Hər zaman bir psixoloq, psixiatr xüsusi pedaqoqlə əməkdaşlıq etməlidir!

 

Psixoloq, refleksoloq Fazilə Camalova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir