ushaq

Uşaqların belə oturması təhlükəlidir – FOTO

Baxış sayı: 5. 133

Uşaqların yanlış oturuş pozisiyaları üçün tədbir görülməzsə, irəli yaşlarda bel, kürək və onurğa kimi bədənin önəmli bölgələrində sürüşmə meydana gəlir.

Uşaqların əzələlərinin düz və koordinasiyalı işləməsini əngəlləyən, dizüstü oturmuş kimi görünən, ancaq ayaqlarının bayıra baxması olaraq tanınan “W” oturuş uşaqda düz dabanlığa, bel, kürək, onurğada sürüşmə, hətta omba çıxıqlarına səbəb ola bilər. Uşaq yeriyənə qədər bu cür oturmasında problem olmasa da, yeriyəndən sonra belə oturmasına mane olmaq lazımdır.

Uzun müddət “W” şəklində oturan uşaqların irəlidə yerişləri, duruşları və əzələlərinin inkişafı pozula bilər. Ayaq arxa əzələrinin qısa qalması və sərtləşməsinə bağlı olaraq uşaqlar balerin kimi barmaq uclarında yeriyə bilər, nəticədə düzdabanlıq ortaya çıxır.

Uşaqlara fərqli idman hərəkətləri etdirməklə bu oturuş şəklindən uzaqlaşdırmaq lazımdır. Uşaqların evdə qurulan tunellərin içində iməkləyərək keçməsi, parklarda dırmanmaları, yorğan içərisində başları bayırda olacaq şəkildə yuvarlanmaları kimi idman hərəkətləri faydalı ola biləcək.

wsitting

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir