PALTAR yumaq

Uşaqların paltarları hansı dərəcədə və necə yuyulmalıdır?

Baxış sayı: 165

Anaları narahat edən suallardan biri də uşaqların paltarlarını yuyarkən hansı yuyucu tozdan istifadə etmələridir.  Mütəxəssislər körpələrin dərisi böyüklərə nisbətən daha həssas olduğundan xüsusi yuyucu tozlar və yumşaldıcılardan  istifadə etməyi məsləhət görürlər.

Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Kemal Akpınar  6 yaşına qədər xüsusi yuyucu vasitələrdən istifadə etməyi tövsiyə edib. “Suda yaxşı həll edilən yuyucu tozlara üstünlük verilməli, paltarlar  iki dəfə  durulanmalıdır. Uşaqların paltarları rütubətli qalmamalı, açıq havada qurudulmalı və mütləq ütülənməlidir”.

Cildi qoruyan flora uşaqlarda hələ formalaşmadığından daha həssas olurlar.  Ona görə də körpənin, uşağın dərisinə təmas edən geyimlərin təmizliyini təmin edən maddələr keyfiyyətli və həssas olmalıdır.

SUDA ƏRİYƏN YUYUCU TOZLAR SEÇİLMƏLİDİR

Yeni alınan geyimlər uşağa geydirilmədən öncə  kimyəvi maddələrdən təmizlənməlidir. Uşaqlar üçün  yuyucu toz seçərkən  suda əriyən və yaxalama anında da paltarlardan tamamilə təmizlənən vasitələr seçilməlidir.  Maye yuyucu vasitələrin yayılması  daha asandır,  kapsul yuyucu vasitələrin isə yayılması zəif olduğundan istifadə edilməsi məsləhət deyil.  Mütəxəssis məktəb yaşına qədər uşaqların paltarlarını xüsusi yuyucu tozla yumağı məsləhət görür.  “Ancaq ilk  2 il çox əhəmiyyətlidir; Ondan sonrası qarışıq keçid dövrüdür. Altı yaşından sonra isə uşaqların paltarlarını özünüzünkülərlə birgə yuya bilərsiz”.

 

PALTAR MİKROBLU DEYİLSƏ, 90 DƏRƏCƏDƏ YUMAYIN

Uşaqların paltarlarını o qədər də yüksək dərəcədə yumaq lazım deyil.  Mikroblu olarsa,  60-90 dərəcəyə üstünlük verilməlidir. Paltarları daim 90 dərəcə temperaturda yumaq parçanın görkəmini  korlayır.

Ümumiyyətlə,  hər paltarı parçaya görə fərqli temperaturlarda yumaq lazımdır. Həssas paltarlar 30 dərəcəlik suda, pambıq paltarlar isə 45-60 dərəcədə yuyula bilər.  Çox çirkli paltarlar isə iki dəfə yuyulmalıdır,  yuyucu toz atılmış suda bir müddət saxlanmalıdır. Paltarlar hər zaman iki dəfə  durulanmalıdır.

PALTARLARI AÇIQ HAVADA QURUDUN

Körpə və uşaq paltarlarını klassik üsulla açıq havada, günəşdə qurutmaq lazımdır.  Qurutma maşınları yüksək sürətlə dönərək işlədiyi üçün  paltarın quruluşunu korlaya  bilər, tiftikləndirər. Bu da həssas dərili körpədə qızartıya səbəb olur. Digər tərəfdən bu cihazlar hər hansı bir mikroorqanizm istehsal etməz,  bu baxımdan heç bir riski də yoxdur.

YUYUCU TOZLARIN TƏRKİBİNƏ  DİQQƏT

6 yaşına qədər uşaqların paltarları üçün istifadə olunan yuyucu tozlar və yumşaldıcılarda paraben, boyaq maddəsi və yarı gizli kimyəvi maddələr olur.  Dr. Akpınar  qeyd edir ki,  yuyucu tozlarda çoxlu miqdarda ətir olmamalıdır. Ətirləndiricilər uşaqlarda allergiya yaradır. Öskürmə, asqırma,  dəridə qızartı, olur. Belə olanda  çox bahalı bir məhsul olsa belə məhsuldan imtina etmək lazımdır.

 

ÜTÜLƏMƏYİ ERTƏLƏMƏYİN

Temperatur mikroorqanizmləri uzaqlaşdırdığı üçün  paltarlar ütülənməlidir. Yazda də quru ütüləməyə üstünlük verilməli, paltarlar nəm qalmamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir