usaqlar

Uşaqların sosial bacarıqlarını oyunlarla necə inkişaf etdirməli?

Baxış sayı: 864

Oyun uşağın həyatda son dərəcə vacib fəaliyyətlərdəndir. İstənilən yaş dövründə oyun uşaqların sadəcə əylənməsini təmin etmir, həm də onların əqli və intellektual inkişafına birbaşa təsir göstərir. İnsanın yetkinlik yaşında malik olduğu bir sıra bacarıqlar – hadisə və problemlərə çoxistiqamətli yanaşma, məntiqi və tənqidi düşünmə, çevik və sistemli düşünmə, düzgün qərar qəbuletmə, təşəbbüskarlıq və s. bacarıqların təməli uşaqlıq dövründə məhz müxtəlif məzmun və formalı oyunlar vasitəsilə qoyulmuş olur. Çünki istər sərbəst oyunlar, istərsə də sistemli oyunlar uşaqların təfəkkürünü, təxəyyülünü, diqqət-konsentrasiyasını və emosional sferasını inkişaf etdirməklə onlara müxtəlif bacarıqlar qazandırır.

OYUN

Bütün bunlarla yanaşı oyunların digər faydalarını da sadalamaq olar. Belə ki, uşaq oyun vasitəsilə:

 

– Bədənini idarə etməyi öyrənir, böyük və kiçik motorikanı inkişaf etdirir;

– Ətraf aləmi araşdırır, kəşf edir və dərk edir;

– Öz hiss və emosioyalarını ifadə edir;

– Şəxsiyyət kimi formalaşır və cəmiyyətdə özünə yer tutmağı öyrənir;

– Əhval-ruhiyyəsini yüksəldir;

– Real həyati hadisələri oyunlar vasitəsilə imitasiya etməklə onlara hazırlıq prosesi keçir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir