telefon

Uşaqların təhlükəsinə çevrilən smartfonlar – ÇIXIŞ YOLU NƏDİR?

Baxış sayı: 1. 243

Smartfon telefonların artıq həyatımızın bir hissəsinə çevrilməsi danılmazdır. Hər keçən gün daha da təkmilləşən telefonlar bizə artıq təkcə rabitə vasitəsi kimi deyil, kamera, internet, sosial şəbəkələrdən istifadə etmək, müxtəlif oyunlar oynamaq üçün lazım olur.
Gündəlik olaraq evdə, işdə, yolda, səyahətdə olarkən rahat şəkildə kimlərləsə əlaqə saxlaya bilir, hətta ödənişlər edirik. Lakin smartfonlar artıq uzun müddətdir təkcə böyüklərin deyil, həm də uşaqların, hətta azyaşlı körpələrin də həyatına daxil olub. Danılmaz faktdır ki, indi bir çox valideynlər smartfonların zərəri haqda məlumatlı olsalar belə, yenə də öz uşaqlarının əllərinə oyun oynamaq və yaxud “başını qatmaq” üçün mobil telefonlar verirlər.
Dünya alimləri dəfələrlə bildirirlər ki, azyaşlı uşaqlar üçün smartfon telefonları təhlükəlidir. Aparılan təcrübələr onu göstərib ki, 2 yaşına qədər uşaqların əllərində uzun müddət smartfon saxlaması onların nitqinin inkişafını əngəlləyir. Ümumilikdə isə 2 yaşına qədər körpə uşaqlara mobil vasitələrin verilməsi doğru deyil.
Qeyd edilir ki, daha böyük yaşlı uşaqlar isə gün ərzində gün ərzində cəmi 2 saatdan artıq məşğul olmasalar yaxşıdır. Yeniyetmələrə gəldikdə isə valideynlər uşaqlarını daha çox təhsillə bağlı məlumatları izləməsinə diqqət etsinlər. Ən azından telefonlardan yayılan radiasiyanın insan orqanizminə, xüsusən də uşaqlara necə ziyan vurduğu hər kəsə məlumdur.
Alimlər hətta qeyd edirlər ki, telefon söndürüldükdən sonra da ətrafda radioaktiv təsir edə bilir. Əgər təxminən 15 il bundan əvvəl smartfonlarda yalnız bir şüa ötrücüsü var idisə, indi onun funksiyaları artdığı üçün bu rəqəm 3-ə çatıb. Nəticədə insan orqanizmi 3 dəfə artıq şüa almış olur. Beləliklə, telefonla oynayan uşaqlarda göz və dəri xəstəlikləri yarada bilir.
Ötən illərdə Rusiya alimləri smartfon oynadan 5-12 yaşlı uşaqlar arasında təcrübə apararaq ayırd etdmişdilər ki, radiasiya şüaları almış uşaqlarda smartfondan istifadə etməyən uşaqlarla müqayisədə beyin tutumunda azalma, diqqət dağınıqlığı və hafizə pozğunluqları yaranır.

Image result for pediatr Nəsib Quliyev
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatr Nəsib Quliyev smartfonların uşaqlara ziyanı haqda danışdı: “Bu cür avadanlıqlar bədənə çox yaxın olanda toxumalarda ionlaşma və toxumaların qızmasına səbəb olur. Bu da maddələr mübadiləsinin pozulmasına, müxtəlif xoşagəlməz nəticələrə gətirib çıxara bilir. Buna görə də smartfonlar uşaqlara daha çox ziyan verə bilir. Çünki uşaqların orqanizmi daha sürətlə inkişaf etdiyi üçün maddələr mübadiləsi daha sürətlə gedir. Beləliklə, orqanizm daha gərgin rejimdə fəaliyyət göstərir. Smartfonlardan istifadə etmək olar, amma vaxt məhdudiyyəti olmalıdır. Saatlarla, gecə-gündüz onlardan istifadə etmək olmaz”.
Qeyd edək ki, ötən illərdə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də mobil telefonlardan qorunmanın ən sadə üsullarını təklif edərkən uşaqları mobil telefonlardan uzaq tutmasını tövsiyə etmişdi: “ – Uşaqlara bu vasitədən yalnız məcburi hallarda istifadə etməyə imkan verin və mobil telefonları körpələrdən uzaq tutun, hətta qadınların hamilə olduğu dövrlərdə evdə olan bütün mobil telefonları söndürün.
– Mobil telefonlarla danışıqlarınızı mümkün qədər konkret edin, şəhərdaxili və ya şəhərarası rabitə xəttinə üstünlük verin.
– Telefonunuzu qulaqcıqlı ötürücülərlə idarə edin (bu zərərin qarşısını tam almasa da, müəyyən miqdarda kömək edir).
– Zəngli saat rejimində baş nahiyənizə yaxın qoymayın.
– Mobil telefonun ən zərərli olduğu vaxt – sənə zəng gələndə və sən nömrəni yığıb “yes” düyməsini sıxdığın anda telefonu başınızdan uzaq tutmaq lazımdır”.
Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir