usaq

Uşaqlarınızın gələcəyini xilas edəcək 10 METOD

Baxış sayı: 1. 324

Övladlarınızın inkişafı üçün sizin onu necə müşahidə etməyiniz, izləməyiniz olduqca önəmlidir.

“Gencaile.az” “Publika.az”-a istinadən bu işdə sizə yardımçı olacaq 10 metodu təqdim edir.

 

Çərəzə son!

Şəkər, şirniyyat, trans yağlar və digər quru, hazır çərəzləri kəsib yerinə keyfiyyətli qidalar qoymaq uşaqların ilk iki yaşında zehni inkişafına çox kömək edir. Məsələn, uşaqların sağlam beyin toxumasının olması üçün dəmir elementi önəm daşıyır. Dəmir əksik olanda beyinin sinir hüceyrələri daha yavaş hərəkət edir. Yanlış qidalanma infeksiyaya yoluxmaq riskini artırır. Uşaqların nə yediyinə diqqət edin.

 

Ana südü

Ana südü beyinin ana yeməyidir. Danimarkalı elm adamları deyir ki, ana südü uşaqların sağlam və zəkalı olmasını təmin edir. Üstəlik, infeksiyalara qarşı müqaviməti artırır.

Beyin oyunları

Şahmat, tapmaca, kriptoqram kimi beyin gimnastikaları beyinin dərmanlarıdır. Stratejik düşüncə, problemin həlli və qərar vermək kimi əhəmiyyətli bacarıqları inkişaf etdirir. Uşaqlara bu oyunları öyrətməlisiniz.

 

Səhər yeməyi

Güclü qəlyanaltı hafizə, konsentrasiya və öyrənməni inkişaf etdirir. Səhər yemək yemədən günə başlayan uşaqlar əsəbi olur və hər şeydən tez bezir, yorulur.

 

Özünə güvənmək

Xüsusilə, yeniyetmə çağlarında uşaqlar potensial sərhədləri haqqında mənfi düşüncələrin qurbanı olurlar. Buna görə də valideynlər uşaqlarına özlərinə güvənməyi məcburi şəkildə öyrətməlidirlər. Komanda şəklindəki idman yarışlarına qatılmaq, sosial aktivlik özünəgüvəni artırır.

 

Maraq

Uşaqların maraqlanması yeni fikirlər və yeni şeylər kəşf etmələrinə gətirib çıxarıb. Bilginin arxasınca düşmək əhəmiyyətlidir. Suallar verərək hobbilərini və maraq dairələrini dəstəkləyin və yeni bacarıqlar öyrətmək, intellekti inkişaf etdirmək üçün təlim düşərgələrinə göndərin.

Musiqi

Uşaqlarınızı gitar çalarkən görmək hər zaman əyləncəli olmaya bilər. Amma musiqi təhsili sağ beyinin inkişafını dəstəkləmək üçün əyləncəli yoldur. Toronto Universitetinin araşdırmasına görə, kollektiv musiqi dərsləri uşaqların İQ və akademik performansını yüksəldir. İllər keçdikcə bu təsir daha da böyüyür.

 

Mütaliə

Bu qədim və doğru metod bəzən zamanla ayaqlaşmaq üçün uyğun hesab edilməsə də, yanlışdır. Uşaqlarda mütaliə bacarığı yaratmaq üçün lap körpəlikdən başlaya bilərsiniz. Oxuyun, oxudun, kitab alın.

İdman

İbtidai sinifdə oxuyarkən idmanla məşğul olmağa başlayan uşaqların akademik bacarıqları yüksək olur. Kollektiv idmanlara qatılmaq özünə güvənmək hissini möhkəmləndirir, komanda işinə, lideriliyə meyilliyi artırır.

 

Video oyunları

Video oyunları məşhur olsa da, çox valideyn buna qarşıdır. Bir çox insan hərbi məzmunda hazırlanan oyunların zərərli olduğunu düşünür. Lakin bu oyunlar strateji düşünməyi və planlama bacarığını qüvvətləndirir. Video oyunları uşaqlara ipucu tapmaq və bunu dəyərləndirmək mövzusunda yardımçı olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir