VALIDEYN

Uşaqlarla faydalı vaxt keçirməyin yolları

Baxış sayı: 150

Uşaqlarla faydalı vaxt keçirmək uşağın emosional və zehni inkişafı üçün olduqca önəmlidir. Uşaqla faydalı vaxt keçirə bilmək üçün ilk öncə onun fiziki və mənəvi ehtiyacları qarşılanmalıdır. Bu ehtiyacları dəstəkləməyə yönəlmiş bəzi faktorlar mövcuddur.

 

Uşaqların fiziki və mənəvi ehtiyaclarını dəstəkləyən faktorlar:

Uşaq anadan olduğu andan etibarən ata və ananın həm fiziki, həm də mənəvi qayğısına ehtiyac duyur.Uşağın altını təmizləmək,qarnını doyuzdurmaq,bütün ehtiyyaclarını qarşılamaq fiziki qayğıdır.Uşaqla oynamaq, onu güldürmək, sevmək, oxşamaq,ona müxtəlif hərəkətlər etdirmək isə uşağın mənəvi ehtiyyaclarını qarşılamaqdır.Uşaq ancaq bu ehtiyyaclar yerinə yetirilərsə ana və ata ilə sağlam, güvənli bir ünsiyyət yaradır və böyüdükcə də bu münasibətin davam etməsini istəyir, yəni ana və ata ilə vaxt keçirmək və onların yanında, onlardan güc alaraq dünyanı kəşf etmək istəyir.Fiziki və mənəvi ehtiyyacları yetərincə qarşılanmamış uşaqlar isə ana-atanın varlığına yaddırlar, onlarla vaxt keçirmək kimi bir ehtiyyac hiss etməzlər.Qısacası, uşaqla faydalı vaxt keçirmək üçün öncəliklə uşaq və valideynlər arasında güvənli bir bağlılıq olmalıdır.

Uşaqla necə faydalı vaxt keçirmək olar?

Siz başqa, uşaq başqa işlə məşğul olarkən faydalı vaxt keçirmək mümkün deyil.Uşaqla faydalı vaxt keçirməyin qızıl qaydası “ünsiyyətdir”.Uşaqla faydalı vaxt keçirmək üçün onunla birəbir ünsiyyətdə olunmalıdır; onu dinləməli,göz təması qurmalı vı birliktə müxtəlif məşğuliyyətlət etməlisiniz.

Məşğuliyyətlərdən başqa qarşılıqlı söhbət etmək də faydalı vaxt keçirmək deməkdir.Ona məktəbdə günün necə keçdiyini və dostları ilə münasibətləri barədə suallar verə bilərsiniz, eyni şəkildə siz də öz gününüz haqqında danışa bilərsiniz.Beləliklə uşaq hiss və düşüncələrini ifadə etməyi,eyni zamanda dinləməyi və dinlədiyi şeyə görə cavab verməyi öyrənir, beləcə digər insanlarla olan ünsiyyəti çox daha yaxşı olur,ünsiyyət qurmaqda çətinlik çəkməz və sual verməkdən utanmaz.

Uşaqlarınıza hisslərini soruşa bilərsiniz,məsələn sevdiyi və əsəbləşdiyi şeylər kimi.Siz də öz hisslərinizdən danışa bilər və bu hisslərlə bağlı söhbət edə bilərsiniz.Bu tərzdə dialoq uşağın həm duyğu və düşüncələrini ifadə edə bilməsi, həm də empatiyanın inkişafı baxımından önəmlidir.

Uşaqla birliktə məğuliyyətlərə uşağın həvəsi olan nələrsə aid etmək olar.Məsələn,birlikdə gəzmək,piknik,oyun oynamaq (qutu oyunları, evcilik və s.) birlikdə idman eləmək (basketbol,voleybol və s.) ola bilər.Beləliklə uşaq onun maraqlarına əhəmiyyət verildiyini, bu səbəbdən özünün də önəmsəndiyinin fərqinə varır və özünə olan inamı artır.Sevildiyini və əhəmiyyətli olduğunu hiss edən uşaq özünə dəyər verir, eyni zamanda başqalarına da dəyər verməsi üçün ilk addım atılmış olur.

 

Uşaq niyə faydalı vaxt keçirməyə ehtiyyac hiss edər?

Uşağa vaxt ayırmağın əhəmiyyəti:

Uşağın faydalı vaxt keçirməyə ehtiyyac hiss etməsinin səbəbi ən önəmli varlıqlar olaraq gördüyü ana və ata ilə sevgi alverişində olmaq istəməsidir.Uşaq hələ körpəliyindən ən doğru, ən güclü və ən önəmli varlıqlar olaraq valideynlərini görür, bundan ötrü onların marağı, qayğısı onun üçün çox böyüm əhəmiyyət kəsb edir.Uşaq ana və atanın onunla faydalı vaxt keçirdiyini görər və hiss edərsə xoşbəxt olar, dəyər verildiyi üçün özünə inamı artar, eyni zamanda başqa insanlara da daha inamlı yanaşar, onları dəyərli bir varlıq olaraq görər və insanlarla olan münasibətlərində problem yaşamaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir