uzum

Üzüm bu xəstəlikləri müalicə edir – 10 faydası

Baxış sayı: 190

Üzüm ən fayadalı giləmeyvədir desək yanılmarıq. Bunun səbəbi üzümün olduqca zəngin kimyəvi tərkibidir.

Üzümün tərkibində elə maddələr var ki, onlara çox az məhsullarda rast gəlinir. Hələ dahi Hippokrat deyirdi ki, üzüm insan sağlamlığına ana südü qədər faydalıdır.

Beləliklə sizi üzümün 10 faydası ilə tanış edirik.

 

1. Tərkibində orqanik turşuları olan üzüm tənəffüs yollarını təmizləyir, bəlğəmgətirici kimi təsi edir, öskürəyi yumşaldır.

2. Üzüm damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Bunun səbəblərinindən biri üzümdə olan “rutin” adlı maddədir.

3. Kaliumla zəngin olduğundan üzüm ürəyə düşən gərginliyi azaldır, ürək əzələsini möhkəmləndirir, ürəklə bağlı ödemləri azaldır.

4. Qanazlığından əziyyət çəkənlər də üzüm yeməlidir. Onun tərkibində olan fol turşusu (B9 vitamini) qanyaratma sisteminin normal fəaliyyəti üçün ən vacib olan vitamindir.

5. Üzüm böyrək xəstəliklərinin qarşısını almağa kömək edir. Həmçinin üzüm börəkləri qumdan təmizləyir.

6. Podaqra xəstəliyi zamanı da üzüm çox faydalı sayılır ki, orqanizmdən südik turşusunu xaric edir.

7. Üzümün tərkibində olan ellaq turşusu qadınlarda süd vəz və uşaqlıq boynu xərçnginin riksini azaldır.

8. Üzümün tərkibində resveratrol maddəsi var. Bu maddə xərçəng xəstəliklərinin ən yaxşı profilaktik vasitəsi sayılır.

9. Üzüm bağırsaqların sağlamlığına çox müsbət təsir edir, bağırsaqlarda ziyanlı mikrobları öldürür.

10. Üzümün tərkibində olan pterostilben maddəsi xolesterinin səviyyəsini və təzyiqi aşağı salır və bununla da ürək və damarları xəstəliklərdən qoruyur. Bu maddə qara üzümün tərkibində daha çoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir