Üzümün faydaları haqqında bilmədikləriniz

Baxış sayı: 636

Ən şirin giləmeyvə sayılan bu meyvənin tərkibində təbii şəkər, daha çox isə qlükoza və fruktoza var. Üzümün başqa hansı xüsusiyyətlərinə görə xeyirli olduğunu öyrənmək üçün kimyəvi tərkibinə baxdıqda görə bilərik ki, üzüm bir çox xeyirli maddələr olan – mineral, vitamin və fermentlərlə çox zəngindir. Üzümün ən əsas xeyri onun şirəsi sayılır. Bu məhlulun tərkibində çoxlu dəmir var. Üzüm şirəsinin müalicəvi xüsusiyyəti  ürək, damar, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur. O, bədəndə su və zülal balansını qoruyur və maddələr mübadiləsini aktivləşdirir. Sidikqovucu təsiri isə bədəndən duz və sidik turşularının xaricinə təsir edir. Bu xeyirli giləmeyvə bir çox ciddi xəstəliklərdə də  xeyirli sayılır. Bunlara vərəm xəstəliyi də aid edilir. Onun həmçinin bəlğəmgətirici təsiri də vardır. Məhz bu səbəbdən üzümün xeyirli xüsusiyyətləri bronxit və larinqit kimi xəstəliklərdə istifadə olunur. Onun qabığı və şirəsinin tərkibində “bioflavonidlər” olduğundan, o, bu rəngə malikdir. Həmçinin tərkibində çoxlu sayda turşular da var. Bu meyvənin  kimyəvi tərkibi  yüzlərlə orqanik birləşmə ilə zəngin sayılır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir