uz yumaq

Üzümüzü gündə neçə dəfə yumalıyıq?

Baxış sayı: 177

Dərini normal vəziyyətdə saxlamaq üçün üzü gündə ən azı iki dəfə, bəzi hallarda hətta üç dəfə yumaq lazımdır.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Viktoriya Qribel “Life.ru”ya müsahibəsində deyib.

“Dərinin özünəməxsus qoruyucu təbəqəsi var ki, bu təbəqə onu xarici təsirlərdən qoruyur və dəri xəstəliklərinin inkişafının qarşısını alır. İnsanın yaşadığı şəhər nə qədər böyükdürsə, dərisinə bir o qədər diqqətli olmalıdır, onun profilaktik təmizlənməsi bir gündə iki dəfə aparılmalıdır”, – ekspert bildirib.

Viktoriya Qribel qeyd edib ki, makiyajdan istifadə edən və təkcə miselyar suyundan istifadə etdikdən sonra üzünü təmizləyən qızlar da dərini riskə atırlar.

“Şəhər və sənaye tozunu dəridən təmizləmək üçün bəzən hətta üçqat təmizləmə tələb olunur. Yəni gündə iki dəfə deyil, üç dəfə yuyulur, lakin bu qayda yay üçün keçərlidir”, – Qribel yekunda qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir