qoca

Vəfasız ərin, bədbəxt qadının və miskin övladın ürəkağrıdıcı həyat hekayəsi

Baxış sayı: 1. 944

Analar bizi dünyaya gətirənə qədər nə zülmlərdən, nə əzablardan keçirlər amma bəzən o əziyyət çəkdiyi, onun üçün yuxusuz qaldığı övlad bir gün böyüyür və ananı saymır belə. Övladların bunu etməkdə niyyətləri nədir? Buna bağlı bir tale haqqında yazacağam.

Kimdi günahkar? Övlad yoxsa…….

Bir qadın tanıyıram ki, övladlarına həddindən artıq bağlıdır. Bu qadın uşaqlıqdan anasız böyüyüb. Qadının 3 yaşı olanda anası dünyaya gözlərini yumub. Anasızlığın nə olduğunu bilən bu qadının bir müddət sonra atasızlığında nə olduğunu anlayıb. Və o həm atanın yoxluğunu həmdə ananın yoxluğunu yaşayıb. Nənəsi böyüdüb bu qadını. Qadın artıq 18 yaşında olanda ona elçi gəliblər. Sevmədiyi biriylə ailə həyatı qurub. Səbəbi isə Nənəsinin yaşlanması  və artıq ona baxa bilməməsi olub. Nəysə, qadın 19 yaşında ailə həyatı qurur. Bundan sonra da onun taleyinin acı günləri başlayır.  19 yaşında ruhi xəstə qaynata, ayaqları tutmayan baldız və qaynanası ilə bir evdə qalır.

Sonradan Allah ona əkiz övlad payı verir. Onlara tək heç kimin köməyi olmadan baxan bu qadının 3 ildən sonra, yəni əkizlərin üç yaşı olanda, dünyaya daha bir oğlan övladı gəlir. Beləcə onun 1 qız, 2 də oğlu olur. Ata evində kimsəsizliyin nə olduğunu öyrənən bu qadın, yoldaşının evində kasıblığın, uşaqlarının aclığının, az qala vitaminsizlikdən gözünün qabağında əridiyini görən övladlarının bu əziyyətinə dözməyib, alver etməyə başlayır. Bu qadın birinci alverini qatıq, sonra isə xalça və qida məhsulları satmaqla başlayır. Bundan sonra isə həyat yoldaşından da ayrılır. Belindən əməliyyat olunan qadına ağır qaldırmağa icazə verilmədiyi halda ağır xalçalar daşıyıb satır evinə çörək pulu qazanır. Alverdə də bəxti gətirməyən qadın 2 otaqlı evinin ikisini də kirayə verərək övladları ilə mətbəxdə qalır. Bu da onun yoldaşının əsəblərinə toxunur. Çünki yoldaşı qadının ayaqları üstündə dayanmasını həzm edə bilmir. Əkizlərin oğlan tayını yanına aparmağı beyninə qoyan kişi məqsədinə nail olur. Uşağı aldadaraq “sənin anan pisdir, gəl mənim yanımda qal”- deyərək onun yoldan çıxarır. Bundan sonra isə uşaqda anaya qarşı qəribə bir aqressiya yaranır. Ana öz əlləri ilə oğlunu, yəni öz ürəyinin bir hissəsini ata evinə yola salır. O, anı isə heç kəs təsəvvür belə edə bilməz ki, ananın əlində oğlunun paltarları və gözü, ürəyi qan ağlaya-ağlaya övladından ayrılmaq acısı. Axı, ana gözünü o oğluna dikmişdi. Oğluyla birlikdə xəyalları da getdi.

Nəysə, elə bilməyin ki, bununla onun acısı bitir

Ananı  bundan da çətin günlər gözləyirdi. Elə günlər ki, kifli çörəyi suya atıb, uşaqları üçün yemək bişirdiyi günlər. Amma yıxılmadı, həyatdan daha da bərk yapışdı. Çünki hər bir qaranlığın ardından bir bir işıqlı yol olacağını bilirdi, ümid edirdi. Artıq övladları ayrı da olsa böyüyürdü. Bir gün həyat yoldaşının pis bir xəstəliyə düçar olduğunu öyrəndi.

Çox pis oldu halbuki, o övladını onun əlindən alan adam idi. Kişi son günlərini qadının yanında, ondan halallıq almaqla keçirtdi və üzr istədi, etdiyi səhvlərə görə. Oğluna isə vəsiyyəti anasının yanına qayıtması idi.

İndi siz deyin, burda günah kimdədir?

Hələ ağlı kəsməyən uşaqda, yoxsa hər şeyin səbəbkarı olan kişidə?

Qəmər Can




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir