Vodolozka

Vodolozka ilə “bahalı” görünməyin yolları

Baxış sayı: 273

Vodolozka payız-qış mövsümünün ən yaxşı uniformasıdır. Həm bədəni isti saxlayır, həm müxtəlif paltarlarla, həm də həcmli sviterlərdən fərqli olaraq kurtka və dar paltolarla çox gözəl uyğunlaşır. Üstəlik obrazınızı daha bahalı göstərə bilir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən modapərəst oxucuları bir vodolozka ilə “bahalı” görünməyin yolları ilə tanış edir.

 

Tvid pencək və cins şalvar

Tvid istənilən, hətta ən sadə obraza belə fransız şarmı və aristokratiyasını bəşx edən ən nəcib materiallardan biridir. Məsələn, nazik yun vodolozka ilə düz kəsim cins şalvar və tvid pencək. Obrazı sabit dabanlı çəkmə ilə tamamlaya və istənilən yerə gedə bilərsiniz. Bu birləşmə hər yer üçün uyğun olacaq.

Klassik kostyum

Kişi şalvarı və pencəyi dəyişməz klassikadır, odur ki, altındakı üst geyimin sadə olması daha məqsədəuyğundur. Sadə və düyməli köynəklər yay üçün uyğun olsa da, soyuq havalarda onları vodolozka ilə əvəz etməyə çalışın. Vodolozka kostyumla eyni rəngdə ola və ya möhtəşəm kontrast yarada bilər. Bu dəstin nə qədər çox yönlü və zərif görünəcəyini söyləməyə ehtiyac yoxdur.

Uzun palto

Vodolozka gündəlik obrazlar üçün rahat seçimdir. Onu boş cinslə birləşdirin: həm böyük ölçülü, həm də karqo modelləri uyğun gəlir. İri cibli şalvarlar artıq bir neçə mövsümdür ki, trendlər siyahısını tərk etmir. Dəsti həm sırıqlı gödəkçə, həm dublyonka ilə birləşdirə bilərsiniz, lakin silueti vizual olaraq uzatmaq üçün maksi paltoya üstünlük vermək daha yaxşıdır.

Qalın jaket və enli şalvar

Bu iki geyimin birləşməsi rahat, eyni zamanda zərifdir. Kostyum parçasından tikilmiş enli şalvarlar görünüşünüzə incəlik, həcmli trikotaj jaket isə rahatlıq qatacaq. Dəstin “əhvalını” təyin edən son toxunuş ayaqqabı olacaq. Bu həm idman ayaqqabısı, həm də hündürdaban ayaqqabı ola bilər. Vəziyyətdən asılı olaraq özünüz seçə bilərsiniz.

Ətək və uzunboğaz çəkmə

Bəlkə də ən zərif seçimdir. İşgüzar görüşlər, dostlarla səhər yeməyi, muzey və teatra getmək üçün idealdır. Əgər vodolozkanın üstündən ətəklə eynirəngdə palto geyinsəniz, bu mövsümün ən dəbli obrazlarından birini yaradacaqsınız. Silueti vizual olaraq uzatmaq və ayaqları vurğulamaq üçün ətəyi dikdabanlarla tamamlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir