images

Wi-fi insan orqanizmi üçün təhlükə mənbəyidir

Baxış sayı: 2. 144

Alimlər internet xidmətlərində istifadə olunan “wi-fi” – simsiz rabitə barədə həyəcan təbili çalmağa başlayıblar. Qeyd edək ki, “wi-fi” simsiz rabitənin vətəni sayılan Hollandiyada, alimlər bu sistemin ağaclar üçün mənfi təsir yaratdığını aşkar ediblər. Digər tərəfdən bu sistemin insan orqanizmi üçün də mənfi təsirə malik olduğu üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, “wi-fi” simsiz rabitə vasitəsilə ayrılan şüalar həm bitkilər, həm də insan beyni üçün təhlükə yaradır.

Məlumat üçün bildirək ki, “wi-fi” – kompüterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. /tabloid.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir