xerceng

Xərçəngin hansı növləri irsidir?

Baxış sayı: 414

Rusiyalı onkoloq Anton Elkin hesab edir ki, xərçəngin bütün növləri irsi deyil, onun yalnız müəyyən növləri var ki, onlar nəsildən-nəslə ötürülə bilər.

Ekspertin sözlərinə görə, xərçəng hüceyrələri müxtəlif orqanlara təsir edə bilər: bağırsaqlar, mədə, sidik kisəsi, beyin və bədənin digər həssas hissələri. Xərçəngə tutulma ehtimalı insandan insana dəyişir və konkret vəziyyətdən asılıdır. Elkin bildirib ki, bağırsaqlarda şişlə rastlaşma riski təxminən 75%, uşaqlıqda isə cəmi 30% təşkil edir. Digər orqanlar xərçəngə daha az həssasdır.

Onkoloq qeyd edib ki, şişin yaranmasına səbəb olan başqa bir irsi xəstəlik var ki, bu da Li-Fraumeni sindromudur. O, həmçinin qeyd edib ki, uşaqlarda bədxassəli göz xəstəlikləri 40% hallarda irsi xarakter daşıyır.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir