xeyanet

Xəyanətin əlamətləri

Baxış sayı: 242

Sizə xəyanət edildiyini necə anlaya bilərsiniz? Bəzən insanlar uzun illər boyu xəyanətə uğrayır, lakin bunun fərqində olmur. Bəs hansı əlamətlər buna işarədir? Qarşı tərəfin sizi aldatdığını necə anlaya bilərsiniz?

xeyanet

Yeni vərdişlərin yaranması, dəyişikliklər – Belə ki, sevgilinizin imicində, sözlərində, davranışlarında baş verən dəyişikliklərin şahidi ola bilərsiniz. Kimyəvi elementlər kimi, insanlar da bir-biri ilə kontakta keçəndə dəyişikliyə uğrayır. Əgər onun həyatında ikinci bir şəxs peyda olubsa, bu mütləq ona və sizin münasibətinizə öz təsirini göstərəcək. Sevgilinizi artıq tanıya bilmir, onda qeyri-adilik, ona xas olmayan xüsusiyyətlər görürsünüzsə, bunun üzərinə düşünməkdə fayda var. Çox vaxt qarşı tərəf özünü günahkar hiss etdiyi üçün, tutarsızlıq nümayiş etdirir. Gah sizi sevgiyə boğur, gah da aqressiv və soyuq birinə çevrilir. Geyim tərzi, saç düzümü, istifadə etdiyi parfum, istifadə etdiyi aksesuarlar birdən və köklü bir şəkildə olmasa da dəyişiklik göstərir.

xeyanet

Əlaqələrini sizdən gizlədir Partnyorunuz vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirirsə və kiminlə yazışdığını göstərməkdən qəti şəkildə imtina edirsə, bununla yanaşı onun mobil telefonu sizin üçün əlçatmazdırsa, deməli bilmənizi istəmədiyi şeylər var. Dürüst adamın gizlədə biləcəyi heç nə olmadığı üçün, sizi şübhələrlə baş-başa qoymaq yerinə, məsələyə aydınlıq gətirir. Soruşduğunuzda kiminlə nəyi və niyə danışdığını izah edir, üzülmənizə imkan vermir.

 

Nərmin Nərimanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir