xalca

Xalı seçərkən nələrə diqqət etməliyik?

Baxış sayı: 1. 451

Evi gözəlləşdirən vasitələrdən biri də xalıdır. Ancaq xalı seçərkən çox diqqətli olmaq lazımdır. Əks halda evinizi geniş və şıq göstərmək istəyərkən, darıxdırıcı bir məkana çevirə bilərsiniz.

“Gencaile.az” xalı seçərkən diqqət etməli olduğunuz nüansları təqdim edir:

Dizaynerlərin fikrincə, balaca otaqlar üçün xalı seçərkən açıq rənglərə üstünlük verilməlidir. Otaqdakı mebellərin rəngini və tərzini də nəzərə almaq lazımdır. Həddən artıq rəngli, naxışlı xalçalar otağı olduğundan balaca göstərə bilər. Ancaq mebellər açıq rəngdədirsə, onda rəngli xalılara meyil eləmək olar.

Naxışlı xalı sevənlər şüşədən hazırlanmış, şəffaf jurnal stolundan istifadə etməlidir. İri naxışlı xalıları böyük və işıqlı otaqlarda istifadə eləmək məsləhətdir.

Image result for Xalça




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir