9817a41e9b15541698170fd5393725f6

Xalqların qəribə inancları

Baxış sayı: 1. 407

“Qaloş piri” ilə bağlı məlum video yayıldıqdan sonra ictimaiyyətdə inanclar məsələsi gündəmə gəlib və günlərdir müzakirə olunur.

 

İnanc nədir? Bunun dinlə nə kimi əlaqəsi var?

İlahiyyatçılar bildirirlər ki, inancların heç də İslam və ya digər dinlərlə əlaqəsi yoxdur. Çünki kökünü araşdırdıqda inancların tarixi daha qədimə dayanır. Dünyanın müxtəlif ölkələrində fərqli və qəribə inanclar mövcuddur. Məsələn, İspaniyada ayın 13-ü çərşənbə axşamına düşərsə, bu günün “uğursuz gün” olduğunu düşünürlər. İspan dilində çərşənbə axşamı “martes” adlanır. “Mars günü” orta əsrlərdə şər kimi xarakterizə edilib.

Картинки по запросу bayquş

Misirdə bayquş bədbəxtlik gətirən heyvan sayılır. Belə hesab edilir ki, bayquşlar onları görən və ya eşidən insanlara bəd xəbərlər gətirir. Rusiyada hesab edirlər ki, boş vedrə daşımaq və ya hətta boş vedrə daşıyan insanla rastlaşmaq pis əlamətdir. Finlandiyada (və bir sıra digər ölkələrdə) hesab edirlər ki, hörümçəyi öldürdükdə yağış yağır. Almaniyada içərisində su olan qədəhləri bir-birinə vurmaqdan qorxurlar, belə hesab edirlər ki, bu şəkildə içkini birlikdə içdiyiniz insana ölüm arzulayırsınız. Cənubi Koreyada hesab edilir ki, qapalı otaqda yatarkən ventilyatoru yanılı vəziyyətdə saxlamaq öldürücü təhlükə kəsb edir. Bu ölkədə ventilyatoru yalnız pəncərələr açıq vəziyyətdə olarkən işlədirlər. İtaliyada bir çoxları ayın 17-si cümə gününə düşdükdə qorxur. Belə ki, 17-nin rum rəqəmi ilə ifadəsi (XVII) latın sözü olan VIXI-dəki (“Mənim həyatım bitdi”) hərflərdən ibarətdir.

ABŞ-ın Vermont ştatında XIX əsrdə tikilmiş bir çox evlərdə ifritələrin evdən uzaq durmaları üçün “ifritə pəncərəsi” var. Hesab edilir ki, ifritə bucaq altında açılan pəncərəyə daxil ola bilməyəcək.

İsveçdə insanlar hansı lyukun üstünə çıxdıqlarına diqqət yetirirlər. Üzərində A hərfi olan lyukun üzərinə çıxmaq sevgi və xoşbəxtlik, K hərfi olan lyukun üzərinə çıxmaq isə qırılan ürək və sevgidə uğursuzluğa işarədir… Bu inanclarla bağlı misalları artırmaq da olar.

Azərbaycan folklorunda da inanclara rast gəlmək mümkündür. Məsələn, folklorda deyilir ki, açarı oynadanın evinə dava düşər. Yaxud da inanca görə axşam süpürülən evdən bərəkət əskilər, aynanın şövqünü evə salanda evdən ölü çıxar…

Картинки по запросу inançlar

İnanc – Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inam adları ilə tanınan janr olub, İraq-türkman folkloruna aiddir. İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır:

Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar.

Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranıb. Məsələn, bir ulduz axanda Yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar.

Картинки по запросу hurafe

Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən kimsə bir kərə asqırarsa, “Tək səbr gəldi, gözlənilsin, səbr edilsin”, iki kərə asqırılarsa “cüt gəldi, xeyirlidir” – deyə yola çıxarlar.

Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə inanırlar.

Azərbaycan folklorunda sınamaların qadın repertuarı üçün xarakterik olduğu və qadınlar arasında geniş yayıldığı vurğulanır.

Картинки по запросу Qaloş piri

İnancların böyük bir qismi ibtidai təsəvvürlərdən qaynaqlansa da, onların müəyyən hissəsi İslam dininin təsiri ilə sonralar müəyyən dəyişikliyə məruz qalmışlar. Daha dəqiq desək, həm ibtidai, həm də islam dininə məxsus təsəvvürlər bir çox sınamalarda sintez olunaraq verilir. Məsələn, ibtidaidən yeni doğulmuş uşağın paltarına deşik daş, gözmuncuğu taxılardı, dua-pitiyin vurulması isə sonrakı dövrlər islam dininin təsiri ilə meydana çıxıb.

Картинки по запросу Kənan Rövşənoğlu

“Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlu bildirir ki, bir çox inanclar İslam dinindən əvvəl yaranıb: “Məsələn, pir və digərlərini buna misal çəkmək olar. Demək olmaz ki, insanlar daşdan, məzardan kömək istəyirlər. Sadəcə olaraq, baxırlar ki, hansısa ərazidə Allah dostu, ruhani dəfn olunub. Həmin yerdə dua edirlər. Nə üçün insanlar Məkkəyə gedib, orada dua edirlər? Yəni bütün bunların vasitəsilə diləklərini Allahdan istəyirlər. İnancların bəziləri İslamla bağlıdır, bir çoxları isə daha öncəyə gedir. Xalq inanclarını dinlə bağlamaq olmaz. Məsələn, deyirlər ki, qabağımdan qara pişik keçdisə, uğursuzluqla üzləşəcəm. Bu kimi inanclar artıq insanların şüurunda yerləşib. Ümumiyyətlə, inancları dinlə əlaqələndirmək olmaz”.

 

Əli RAİS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir