USAQLAR

Xarici dili ən yaxşı hansı yaşda öyrənmək olar?

Baxış sayı: 1. 471

Kiçik uşaqların xarici dil öyrənməyə daha meylli olduğu və daha asan öyrəndikləri fikri geniş yayılıb. Amma əldə edilən məlumatlar bunu təsdiqləmir.

Elmi araşdırmalar insanın dil ilə əlaqəsinin ömür boyu necə inkişaf etməsiylə bağlı qarışıq açıqlamalar təqdim edir. Məlumatlar daha sonrakı yaşlarda xarici dil öyrənməyə başlayanların daha üstün olduqlarını göstərir. Həyatın fərqli dövrlərində dil öyrənməyin fərqli üstünlükləri var.

Körpə olarkən qulaqlarımız səslərə qarşı daha həssas olur. 1-3 yaş arası uşaqlar fərqli aksentləri sürətlə öyrənib təqlid edirlər.

Böyüklərin isə fikrini cəmləmək müddətinin daha uzun və oxuyub-yazmaq kimi bacarıqlara sahib olması sadəcə xarici dildə deyil, həm də ana dilimizdə söz xəzinəsini davamlı genişləndirmək imkanı verir.

Yaşla yanaşı sosial vəziyyət, öyrənmək üsulları, hətta dostluq və yoldaşlıq kimi amillər də neçə xarici dildə və nə dərəcədə yaxşı danışdığımıza təsir göstərir.

Edinburgh Universitetinin İkidillik Mərkəzinin rəhbəri, dilçiliyin inkişafı üzrə professor Antonella Sorace-nin fikrincə “Yaşla birlikdə hər şey pisliyə doğru getmir”.Kiçik uşaqlarKiçik uşaqlar dili təbii aksentlə təqlid etməkdə daha yaxşıdırlar, amma fərqli yaşlar fərqli dil bacarıqları gətirir

Sinifdə bir müəllimin qaydaları açıqladığı “aydın öyrənmək” üsulunda, fikrini cəmləmək və yaddaş qabiliyyəti ilə idraka nəzarət bacarıqları məhdud olduğundan balaca uşaqlar dil öyrənməkdə uğur qazanmırlar.

“Bu məsələdə böyüklər daha yaxşıdırlar. Yəni yaş artdıqca bu xüsusiyyət də inkişaf edir”, Sorace deyir.

İsraildə aparılan bir araşdırmada süni bir dil qaydasını başa düşmək və bunu laboratoriya şəraitində yeni sözlərə tətbiq etmək baxımından fərqli yaş qruplarının fəaliyyəti müşahidə edilib.

Yeniyetmələr olaraq adlandırılan 14-21 yaş qrupundakılar 12 yaşlılardan ibarət qrupdan daha yaxşı nəticə göstəriblər. 12 yaşlıların isə 8 yaşlılardan daha yüksək bal qazandıqları məlum olub.

İngiliscə öyrənən 2000 katalon-ispan tələbəsi ilə aparılan araşdırmada buna oxşar nəticələr əldə olunub. Xarici dil öyrənməyə daha gec yaşda başlayanların daha gənc yaşda başlayanlarla müqayisədə dili daha sürətlə öyrəndiyi müşahidə olunub.

Gənçlər

Tədqiqatçılar belə nəticəyə gəiblər ki, yaşlı tələbələr kamilləşmə nəticəsində problemi daha yüksək səviyyədə həll etmə strategiyası kimi bacarıqlardan və dil sahəsində daha yüksək səviyyədə təcrübə sahibi olmağın verdiyi üstünlüklərdən faydalanıblar.

Yəni yaşı çox olanlar həm özləri, həm də dünya haqqında daha çox məlumata sahib olduqları üçün yeni öyrəndiklərini bu məlumatla daha asanlıqla qavraya bilirlər və hər şeyi yerli-yerində oturdurlar.

Kiçik uşaqlar isə “gizli öyrənmə” məsələsində daha yaxşıdırlar. Yəni xarici dildə danışan insana qulaq asıb onu təqlid edərək öyrənirlər. Lakin bu öyrənmə tərzi o dildə danışan insanla daha çox vaxt geçirməyi tələb edir.

2016-cı ildə ikidillik Mərkəzi Çinin şimalında istifadə olunan mandarin dilinin Şotlandiyanın ibtidai sinfində tədris olunmasıyla bağlı hökümətə daxili hesabat hazırlamışdı. Həftədə bir saatlıq bir dərsin beş yaşındakı uşaqlar üçün bir o qədər fərq yaratmadığı ifadə edilirdi.

Lakin o dildə danışan bir müəllimlə iki saatlıq dərslər, uşaqların mandarin dilinin əsas bünövrəsini qavramağa kömək edirdi. Bunların arasında böyüklərin çətinlik çəkdiyi vurğu kimi elementlər də vardı.körpəYeni doğulan körpələr belə məlum bir aksentlə ağlayır

Hamımız həyata təbii bir dil mütəxəssisi kimi başlayırıq. Dünyada danışılan dilləri meydana gətirən 600 səssiz və 200 səsli hərfi körpəlikdə eşidirik.

İlk yaşımıza qədəm basdığımız zaman beynimiz ən tez-tez eşitdiyimiz səslər mövzusunda ixtisaslaşmağa, ana dilimizdə bir şeylər mırıldamağa başlayırıq. Yeni doğulan körpələr belə məlum bir aksentlə ağlayır, ananın bətnindəykən eşitdikləri səsləri təqlid edirlər.

Dildə ixtisaslaşma, ehtiyacımız olmayan bacarıqları tərk etməyimizə də səbəb olur. Yapon körpələr “l” səsi ilə “r” səsini asanlıqla ayıra bilirlər. Halbuki böyüklər bunda çətinlik çəkirlər.

Həyatımızın ilk illəri ana dilini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Tərk edilmiş və ya ətrafdan təcrid edilmiş uşaqlar üzərində aparılan araşdırmalar, danışmağı erkən yaşda öyrənmədiyimiz təqdirdə bu boşluğun sonrakı yaşlarda asanlıqla doldurulmayacığını göstərir. Lakin xarici bir dil öyrənmək baxımından vəziyyət eyni deyil.Əl-ələ tutmaqSizin kimi düşünən insanlarla əlaqə qurduğunuzda dili öyrənmək üçün daha çox səy göstərirsiniz

York Universitetindən olan psixolinqvist Danijela Trenkic-ə görə, “yaşın bir çox başqa amillə birlikdə təsirli olduğunu başa düşmək lazımdır”.

Uşaqların həyatı böyüklərdən tamamilə fərqlidir. Bu səbəbdən də uşaqlarla böyüklərin dil bacarıqlarını müqyaisə edərkən “iki eyni növü müqayisə etmirik əslində”. Trenkic başqa bir ölkəyə köçən ailəni misal gətirir. Bu vəziyyətdə uşaqlar yeni dili valideynlərindən daha tez öyrənirlər.

Bunun səbəbi məktəbdə davamlı olaraq bu dili eşitməkləridir. Bundan başqa uşaqlar dostluq etmək, cəmiyyətdə qəbul olunmaq yoluyla sosial olaraq varlıqlarını davam etdirmək baxımından dil öyrənməyi daha böyük bir prioritet olaraq görürlər.

Amma valideynlər onlarla eyni dildə danışan digər immiqrantlarla ünsiyyət ehtiyaclarını həll edə bilərlər.

Trenkic-ə görə, “dil öyrənməkdə romantik əlaqə yaratmaq əhəmiyyətlidir”. Böyüklər də romantik əlaqə qura bilərlər və bu təkcə o ölkənin dilini ana dili olaraq danışan biriylə dostluq etmək şəklində olmaya bilər.

2013-cü ildə italyanca öyrənməyə çalışan britaniyalı böyükləri araşdıran bir tədqiqatda digər tələbələr və müəllimlərlə əlaqə qurmağın dili öyrənməkdə çətinlik çəkənlər baxımından faydalı olduğu məlum olub.

Qadın

“Sizin kimi fikirləşən insanlarla ünsiyyət qurduğunuzda dili öyrənmək üçün daha artıq səy göstərirsiniz” deyir Trenkic. “Bu çox vacibdir. Dili öyrənmək üçün illər tələb olunur. Bunu edərkən sosial bir motivasiya yoxdursa, səyi davam etdirmək olduca çətindir”.

Massachusetts Texnologiya İnstitutu (MİT) bu il internet vasitəsiylə 670 min insan arasında sorğu keçirib. Bir ingilis kimi ingilis qrammatikasına sahib olmaq üçün bu dilin öyrənilməsinə 10 yaşlarında başlamağın ən yaxşı nəticə verdiyi məlum olub. Daha sonrakı yaşda bu bacarıq azalır.

Lakin vaxt ərzində öz dilimiz də daxil xarici dillərdə yaxşılaşma vəziyyətinin davam etdiyi müşahidə olunub. Məsələn, ana dilimizin qrammatika qaydalarını ancaq 30 yaşlarında tamamilə öyrənmiş oluruq. Başqa bir araşdırmada isə orta yaşa qədər ana dilimizdə hər gün yeni bir söz öyrəndiyimiz məlum olub.LondonXarici dil bilməyin ən böyük üstünlüyü daha çox insanla ünsiyyət qura bilməkdir”.

“İnsanlar bəzən xarici dili öyrənməyin ən böyük üstünlüyü nədir deyə soruşlar. Daha çox pul qazanacam? Daha ağıllı və ya daha sağlam olacam? Amma əslində xarici dil bilməyin ən böyük üstünlüyü daha çox insanla ünsiyyət qura bilməkdir”, deyir Trenkic.

Trenkic əslən serbiyalıdır. İngiliscə 20 yaşında, Böyük Britaniyada məskunlaşdıqdan sonra sərbəst danışmağa başlayıb. Xüsusilə yorğun və stressli vaxtlarda hələ də qrammatik səhvlərə yol verdiyini söyləyir.

“Amma bütün bunlara baxmayaraq, mühüm olan ingiliscə möhtəşəm şeylər edə bilməyimdir. Ən yaxşı ədəbi əsərləri oxumaqdan zövq alıram, dərc olunacaq səviyyədə yazılar yazıram “.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir