sevgi yashi

Xoşbəxt cütlüklər daha uzun ömür sürür – ALİMLƏR

Baxış sayı: 1. 219
İnsanın uzunömürlülüyünə təsir edən əsas faktor xöşbəxtlikdir. Musavat.com xəbər verir ki, belə bir qənaətə ABŞ-dakı Şimali Karolina Universitetinin alimləri gəliblər.
Alimlərə görə, insan bütün həyatı boyu kasıbçılıq içində yaşaya və bir neçə xəstəliyin ola bilər. Ancaq əgər bu zaman insan xoşbəxtdirsə daha çox yaşayacaq, nəinki zəngin və sağlam, lakin bədbəxt həmyaşıdı.
Bu yöndə tədqiqatlar ilk dəfədir aparılıb. Sınaq aparılan müxtəlif yaş qrupları 13 il ərzində müşahidə altında olub. Yekunda alimlər maraqlı nəticələrə gəliblər. Sən demə, bədbəxtlər xoşbəxtlərdən 14% hallarda daha tez ölürlər.
Tədqiqatda fərqli ailə və maddi vəziyyətə, fərqli sağlamlığa malik 30 min nəfər iştirak edib. Alimlərin fikrincə, xoşbəxtlik durumunun uzunömürlülüyə təsiri onunla əlaqəlidir ki, pozitiv insanlar stressin öhdəsindən daha asan gəlirlər. Onlar həmçinin, sıxıntılar üçün daha az əsas tapır, dünyanı optimist rəngdə görürlər. Bu da onlara daha çox yaşamağa imkan verir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir