sevgi

Xoşbəxtliyin sirri

Baxış sayı: 1. 492

Skandinaviyalılar Avropada ən xoşbəxt xalq hesab olunurlar. Onların içində ən xoşbəxti isə təqaüddə olan danimarkalı qadınlardır. “Avrostat” təşkilatının keçirdiyi rəy sorğusundan belə məlum olub.

Sorğu iştirakçılarından xoşbəxtliyin sirri də soruşulub. Onların fikrincə, ümumilikdə xoşbəxtliyin ən yaxşı göstəricisi coğrafiya və puldur. Ancaq danimarkalıların 20 faizini təşkil edən ən kasıblar ən varlı yunanlardan daha şəndir.

Harada yaşamaq da vacib amildir. Aralıq dənizi regionunda yaşayanlar şəhərlərə üstünlük verirlər, Arktik dairəsi yaxınlığında isə ən yaxşısı kənd həyatıdır.

Övladların olması da xoşbəxtliyə təsir edən amildir. Cənubi Avropada uşaqlı ailələr özlərini ən xoşbəxt sayırlar. Britaniya və İrlandiyada isə körpə doğulanda kədərlənirlər.

Xoşbəxtlik məsələsində yaş məsələsi də önəm daşıyır. Belə ki, cavanlıqda hamı xoşbəxtdir, orta yaşda bu hiss azalır. Britaniya və Skandinaviyada qocalar daha şən olurlar, cənubda isə təqaüd qüssə gətirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir