Yalnızlıq ömrü qısaldır?

Baxış sayı: 1. 465

Yalnızlıq insan ömrünü qısaldır. “Brigham Young” universitetinin apardığı və 3 milyondan çox insanın iştirak etdiyi araşdırma sosial əlaqələri zəif olan insanların müxtəlif xəstəliklərdən ölmə riskinin daha yüksək olduğunu göstərib.

Tədqiqatlar zamanı məlum olub ki, yalnız yaşayanlarda ani ölüm riski ailəsi ilə yaşayanlardan 32 faiz çoxdur. Araşdırmanın rəhbəri, doktor Tim Smit yalnızlığın ən az köklük və narkotik asılılığı qədər təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, yalnız yaşayan insanların sayı indiki sürətlə artmağa davam etsə, gələcəkdə yalnızlıq bir xəstəlik kimi dəyərləndirilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir