nermine abbasova

Yaxşı qidalanma, sağlam yuxu, hərəkət, tütündən və alkoqoldan imtina…

Baxış sayı: 449

Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünyanın bütün ölkələrində əhalinin 7-15 faizə qədəri immunitetin zəifliyindən əziyyət çəkir. İnsanı qoruyan hüceyrələrin təxminən 80 faizi mədə-bağırsaq sistemində yerləşir. Həyatda hər gün saysız-hesabsız bakteriyalarla üzləşirik, lakin immun sistemin sayəsində onlardan qorunaraq xəstəliklərə yoluxmuruq. Bu mənada immun sistemi orqanizm üçün etibarlı sipər rolu oynayır. Ona görə də düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən sayılır. Buna nail olmaq üçün qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları üstünlük təşkil etməlidir. Çay içmək də immuniteti artıran vasitələrdən hesab olunur. Tədqiqatçıların hesablamalarına görə, müntəzəm olaraq çay içmək immun sisteminin müqavimət qabiliyyətini 5 dəfəyə qədər artırır.

Ağır fiziki yüklənmələr, xüsusilə səhər saatında infeksiyalar orqanizmin müqavimət qabiliyyətini zəiflədir, çünki limfositlərin hazırlanması yavaşıyır, infeksiyalara qarşı mübarizə aparan anticisimlərin fəallığı aşağı düşür. Şirniyyata çox meyilli olmaq isə immuniteti zəiflədir. Rafinə edilmiş şəkər, konfet və ya qazlı şirin içkilər istehlak edənlər immun sisteminin xəstəliklərinə daha çox məruz qalırlar.

Yuxu pozulması, balanslaşdırılmayan qidalanma, fiziki yükləmələr, sağlam həyat tərzindən imtina edilməsi – bütün bunlar orqanizmi stresə və immun sisteminin funksiyalarının azalmasına aparıb çıxaran səbəblərdir. Tez-tez soyuqdəymə, iki həftədən artıq davam edən bronxit, burun-udlaq nahiyəsində iltihablar, sürəkli yüksək hərarət, mədə-bağırsaq pozuntusu immun sistemində nasazlığın əsas əlamətləridir. Şirniyyata çox meyilli olmaq da immuniteti zəiflədir.

YUXU

Yaxşı qidalanma, sağlam yuxu, hərəkət, tütündən və alkoqoldan imtina, özünün və ətrafdakıların psixikasına qayğıkeş münasibət və əlbəttə ki, gigiyena qaydalarına riayət olunması orqanizmin immunitetini möhkəmləndirir. Məhz güclü immunitet sayəsində ağız, burun, dəri və mədədən gələn infeksiyalara qalib gəlmək olar.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir