valideyn

Yaxşı valideyn olduğunuza əminsinizmi?

Baxış sayı: 470

Önəmli olan uşağı dünyaya gətirmək deyil, onu maddi və mənəvi olaraq sağlam şərtlərdə yetişdirməkdir. Hər halda hər bir valideyn ömründə bir dəfə belə olsa özünə bu sualı verib: ” Mən yaxşı valideynəmmi?”.

Bəzən psixoloq və pedoqlar da bu mövzuda fikir ayrılıqları yaşayırlar. Lakin bəzi əlamətlər var ki, verdiyiniz tərbiyənin doğru və ya yanlış olduğunu anlamağınızda sizə kömək edəcək. Onların bəzilərini təqdim edirik:

1. Uşaq sevildiyini bilməlidir – uşaqlar valideyinləri tərəfindən şərtsiz sevilməlidir. Valideyn sevgisi hər hansı bir şərtlə bağlı olmamalıdır. Bəzi valideynlər isə uşağı psixoloji şiddətə məruz qoyduqlarını anlamadan, onu cəzalandırırlar. Bu, yolverilməzdir.

2. Uşağın özünün deyil, etdiyi hərəkətin pis olduğunu bilərək hərəkət edirsiniz körpəni kiçik yaşlarından pisləmək, ona axmaq, bacarıqsız, uğursuz və s.olduğunu demək gələcəkdə ciddi travmaya səbəb ola bilər. Ona etdiyi davranışın hansı səbəbdən yalnış olduğunu başa salmalısınız. Yanlış olan davranışdı, uşağın özü yox. Böyük həyat təcrübəsinə sahib insanlar belə həyatlarında səhvlərə yol verir, o ki qaldı balaca uşaq. Səhv etmək insana məxsusdur.

3. Uşaq problemlərini sizinlə bölüşür – övladınız hər hansı bir çətinliklə qarşılaşdığında onu tənqid etmədən, qınamadan dinlənəcəyinizi və kömək edəcəyinizi bilir. Onunla etibarlı münasibət qurmağı bacarmısınız, sizə güvənir və hər zaman yanında olduğunuzu hiss edir.

4. Siz yaxşı nümunə göstərməlisiniz – bəzi valideynlər çox sayda qaydalara riayət etməsi uşağı məcbur edir, lakin ilk növbədə özləri bunu etmir. Misal üçün, uşağı yalan danışdığı üçün uzun-uzun danlayıb cəzalandıran amma elə uşağın gözü qabağında hər gün yalan danışan valideynlər var. Belə halda övladınız sizdən nə ibrət götürsün? Unutmayın, uşaqlar böyükləri rol modeli olaraq gördüyü üçün onları kopyalayır.

5. Uşaq böyüklərin qayğısına qalmır – uşaq körpə yaşlarından ailənin dolanışıq pulunu hardan tapması, kommunal xərcləri necə ödəməsi barədə narahat olmamalıdır. Və yaxud böyüklərə aid olan mənəvi problemlərin yükü onun çiyninə düşməməlidir. Uşaq “uşaqlığını” yaşamalıdır. Daha “Atam niyə anama xəyanət edir?” , ” Görəsən bacıma ayaqqabı almağa pul tapa biləcəklərmi?” kimi sualları özünə dərd etməməlidi. Bəlirli bir yaşa qədər övladınız həm maddi həm mənəvi olaraq tamamən sizdən asılı olur, onun bütün ehtiyaclarını ödəmək sizin məsuliyyətinizdədir. Doğulmağı o seçməyib, bu qərarı yetişkin insanlar olaraq siz vermisiniz. Əgər bu yükün altında qalxa bilməyəcəksinizsə, onu sağlam şərtlər altında doğru yetişdirə bilməyəcəksinizsə, dünyaya gətirib bədbəxt etməyin.

 

Nərmin Nərimanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir