uz derisi

Yay aylarında dəriyə qulluq necə olmalıdır?

Baxış sayı: 166

Yay aylarında da dərinizin sağlam və parlaq olmasını istəyirsinizmi?  Düzgün qidalanma və gündəlik dərinizə qulluq edərək nəm tarazlığını qoruya bilər, sağlam və parlaq bir dəriyə sahib ola bilərsiniz.

 

Dərinin quruması  

Dərinin quruması yay aylarında daha çox baş verir. Günəş şüaları, dəniz faktorları dərinin qurumasına, parlaqlığını itirməsinə səbəb olur. Xüsusilə, günorta saatlarında və uzun müddət günəşdə qaldıqda dərinin quruması qaçınılmaz olur. Bunun qarşısını almaq üçün kənarları geniş olan şlyapa və ya eynəkdən istifadə etməyiniz tövsiyə olunur. Bundan başqa günəşə çıxmadan 20 dəqiqə əvvəl dərinizə mütləq günəş kremi çəkməlisiniz. Günəş kreminin təsirini itirməməsi üçün hər 2-3 saatdan sonra yeniləyin.

 

Qabıqlanma  

Əsasən dənizə girdikdən sonra dəridə qabıqlanmalar baş verir. Qabıqlanmanın qarşısını almaq üçün qoruyucu krem istifadə etməyiniz tövsiyə olunur. Bundan başqa, gunorta saatlarında (12:00-16:00 aralığı) günəşdən uzaq olmaq dəri sağlamlığı üçün çox vacibdir. Uzun müddət günəşdə qalacaqsınızsa, qoruyucu kreminizi tez-tez yeniləməlisiniz.  Əgər günəş yanığı kimi bir problemlə qarşılaşsanız, əczaxanadan tibbi krem alıb, istifadə edin.

 

Duş   

İsti ayların gəlməsiylə birlikdə duş qəbul etmə sıxlığı da artır. Amma, dərinizin sağlamlığı üçün suda çox qalmamağa və ilıq, hətda biraz soyuq su ilə duş qəbul etməyə çalışın. Beləliklə, dərinizdəki qoruyucu təbəqəyə çox zərər verməmiş olacaqsınız. Suda həddindən çox vaxt keçirmək dərinin qurumasına səbəb olur. İsti su həssas dərini daha da həssaslaşdıraraq qızartılara səbəb olur. Hər duşdan sonra dərinizi nəmləndirməyi unutmayın.

 

Doğru nəmləndirici seçimi  

Nəmləndirici kremlər yay aylarında dərinizə ən çox ehtiyacı olan şeyi, yəni, nəm verir. Xüsusilə, dəri tipinizə uyğun məhsulları istifadə etdiyiniz halda daha yaxşı nəticələr əldə edə bilərsiniz.

 

Düzgün qidalanma   

Dəriyə qulluq vasitələri qədər qəbul edilən qidalar da sağlam dəri üçün çox vacibdir. Orqanizmin vitamin və mineral mənbəyi olan qidalara ehtiyacı var. Həmin qidalar dərinin elastikliyini qoruyur, qırışların yaranmasını gecikdirir. Xüsusilə, A, C və E vitaminləri ilə zəngin olan meyvə və tərəvəzlər dərinizin həm gözəl, həm də sağlam görünməsinə kömək edəcək.

 

Su  

Su, günəşli havalarda dərinin itirdiyi nəmi ona geri qaytarır. Yay aylarında tərləmə kimi səbəblərlə orqanizm daha çox su itirir. Gün ərzində 2-3 litir su içərək günəşin dərinizdə yaratdığı problemləri minimuma endirə bilər, dəri sağlamlığınızı qoruya bilərsiniz. Qəhvə, çay, qazlı su kimi içkiləri su yerinə qəbul etməməlisiniz. Bu içkilər dərinizə nəm qazandırmır. Sudan başqa qəbul edə biləcəyiniz içkilər, ayran və mineral sudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir