xestelik

Yaz xəstəlikləri və onlardan qorunma yolları

Baxış sayı: 380

Artıq yaz fəslinin isti nəfəsini duymaq ərəfəsindəyik. Təbiət oyanmağa, günəş öz şəfəqlərini ətrafa saçmağa hazırlaşır.  Lakin baharın gəlişi əhval-ruhiyyəmizi yüksəltməklə yanaşı müəyyən mövsümi xəstəlikləri də gətirir. Bu xəstəliklər ilk növbədə fəsil dəyişməsi ilə bağlı orqanizmdə baş verən proseslər və bəzi xarici amillərlə izah olunur.

 

Allergiya

Baharda özünü daha qabarıq büruzə verən “allergiya” xəstəliyi çox insanları narahat edir. El arasında “Bahar xəstəliyi” də deyilən allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Səbəb isə çiçəklərin tozlanmasıdır. Bu xəstəlik, əsasən, gözdə özünün göstərir. Bəzən üşütmə, boğaz ağrısı, səs batması və öskürəklə də müşayət olunur. Problemin başlıca qaynağını isə nəmli və isti hava təşkil edir. Xəstəlik ultra bənövşəyi şüalarla həssaslığın yüksəlməsi nəticəsində də əmələ gəlir.

 

Avitaminoz

Yazın gəlişini özü ilə yalnız təbiətin oyanışı və yeni həyat deyil, həm də bədəndə vitamin və mikroelementlər qıtlığı meydana gətirir. Bunun nəticəsində isə daimi yorğunluq və süstlük, dırnaqların və saçların kövrəkləşməsi hiss olunur. Mədə-bağırsaq traktının pozulması, stress və pis əhval-ruhiyyə də avitaminozun əsas əlamətlərindən hesab edilə bilər.

Bu xoşagəlməz halın ən yaxşı profilaktikası il ərzində tam və balanslaşdırılmış qidalanmadır. Mart-aprel aylarında isə dondurulmuş və konservləşdirilmiş qida məhsullarından imtina edərək onları yaz yeməkləri ilə əvəz etmək lazımdır. Bu dövrdə turp, şüyüd və cəfəri, yaşıl salat, soğan-kəvər yemək çox vacibdir. Yazda havaların tədricən istiləşməsi ilə əlaqədar orqanizm artıq bədənin istiliyini lazımi qaydada saxlamaq üçün o qədər də çox enerji çox sərf etmir. Ona görə də qışda istifadə edilən heyvani zülalların bir hissəsini bitki zülalları ilə əvəz etmək olar. Dietoloqlar bu dövrdə ot çayları, itburnu dəmləməsi içməyi də məsləhət görürlər. Əgər avitaminoz sizi tamam gücdən salıbsa, həkimlə məsləhətləşib vitaminaterapiya kursu keçmək yaxşı olar.

 

Həzm sisteminin xəstəlikləri

Yazda mədə yarası və mədə-bağırsaq traktı xəstəliklərinin niyə kəskin şəkildə özünü göstərməyə başladığı tibbə dəqiq məlum deyil. Bununla belə, məhz bu xəstəliklər yazın ən çox yayılmış narahatlıqlarından biridir.

Qış mövsümünün sona yetməsi mədə yarası olan adamlara asan başa gəlmir, çünki biz demək olar ki, bütün qış boyu qeyri-düzgün qidalanır, yaz gəldikdə isə daha faydalı məhsullara keçməyə çalışırıq. Nəticədə orqanizm menyuda olan kəskin dəyişikliklərə müqavimət göstərməyə başlayır. Bu zaman psixoloji amillər də özünü büruzə verir – baharın ilk həftələrdə bir çox insanlarda əsəb pozğunluğu və s. yaranır.

Həzm sistemi xəstəliklərinin profilaktikasında ən əsas tədbir balanslaşdırılmış pəhrizin gözlənilməsidir. Yadda saxlamaq lazımdır ki, istənilən stress və əsəb də mədə-bağırsaq traktının xəstəliyinə aparır. Gündəlik qidalanma lazımi vitaminlər və elementlərlə zəngin olmalıdır. Bu dövrdə xüsusilə turşuya qoyulmuş və kəskin dadlı qidalardan imtina edin, çox soyuq və isti yeməkdən çəkinin. Yazda qida rejiminə nəzarət çox vacibdir – gündə dörd-beş dəfə kiçik porsiyalarla yemək lazımdır. Ağrılar hiss olunduqda tünd çay, qəhvə və alkoqoldan qəti imtina edilməlidir.

 

Pielonefrit və sistit

Yazın gəlişi ilə sistit və pielonefrit kimi xəstəliklər də baş qaldırır. Səbəbi isə çox sadədir. Bir çoxumuz yazın ilıq nəfəsini hiss edən kimi qalın geyimlərimizi və ayaqqabılarımızı yüngül güyimlərlə əvəz etməyə tələsirik. Bunun orqanizmə zərərli təsirləri barədə isə düşünmürük.

Həkimlər bu xəstəliklərin qarşısını almaq məqsədi ilə yazda isti geyimləri çıxartmağa tələsməməyi məsləhət görürlər. Profilaktik məqsədilə iltihabəleyhinə olan dərman bitkilərinin həlimini içmək olar.

Bu xəstəliklərə biganə yanaşmaq onları xronikiyə çevrilə bilər. Ona görə də ilk əlamətlərini hiss edən kimi (sidik ifrazı zamanı ağrı, qarında sancılar) həkimə getmək lazımdır. Əks halda bakteriyalar sidik kisəsindən böyrəyə daxil olaraq olan bütün orqanizmə yayılır. Bu isə artıq ciddi problemlərlə nəticələnə bilər.

 

Qrip və soyuqdəymə

Soyuq qış ayları artıq arxada qalsa da, qrip və soyuqdəyməyə yaxalanmaq riski bu aylarda daha da artır. Buna səbəb yüksək rütubət, dəyişkən hava şəraiti və zəif immunitetdir.

Bütün bunlar xəstə insanla hətta qısamüddətli əlaqəni də yoluxma təhlükəsini çevirir. Təəssüf ki, bahar – sadəcə təbiətin oyanışı demək deyil, o həm də bronxial və immunal xarakterli xəstəliklərin inkişafı üçün ideal şərait yaradır.

Xəstəliyin qarşısını almaq üçün görülən profilak tədbirlərə vitaminlərlə bol olan balanslaşdırılmış qidalanma və virusəleyhinə preparatlarının qəbulunu aid etmək olar.

Şəxsi gigiyena haqqında da unutmaq olmaz: Əllər tez-tez yuyulmalı, mənzilin havası dəyişməli və evdə nəmləndirici təmizlik işləri aparılmalıdı .

 

Sinusit və qaymorit

Bahar yalnız mövsümi soyuqdəymələrlə zəngin deyil, bu dövrdə həm də qaymorit və sinusit kimi xəstəliklərdə ağırlaşmalar baş verə bilər. Bu halın adi zökəmin nəticəsində də yaranması mümkündür. Burun tutulması yüksək temperatur və baş ağrısına çevrilir.

Profilaktikası soyuqdəymədə olduğu kimidir. Əgər sizdə zökəmə yüksək meyllik varsa, özünüzə qarşı daha diqqətli olmalısınız. Vaxtında qəbul edilmiş antibiotiklər ağır müalicə üsullarından qaçmağa kömək edə bilər.

 

Yaz kataraktası

Bir çox insanlar üçün bahar təkcə isti günəş yox, həm də yaz kataraktası adlanan göz qapaqlarının və göz bəbəyinin konyuktiviti deməkdir. Simptomlar bunlardır: İltihab, gözlərin sulanması və qızartısı. Bu xəstəlik yuxarı göz qapaqlarının konyunktivasında yaranan süd-çəhrayı rəngli bərk törəmə ilə də müşayiət oluna bilər. Yaz kataraktasının simptomlar yaranan kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır.

Bu haldan ancaq yaz mövsümündə əziyyət çəkən insanlar, həkim-oftalmoloqun təyin etdiyi antiallergik preparatlar qəbul etməlidirlər. Belə dərmanlar sadalanan simptomları yüngülləşdirir, bəzən isə ümumiyyətlə qarşısını ala bilər.

 

Depressiya və stress

Uzun qış günləri, bu müddətdə baş verən soyuqdəymələr, artıq yemək – bütün bunlar orqanizmin zəifləməsinə səbəb olur. Artıq mart ayında bədənin gücü tükənmək üzərədir, ona görə də bir çox insanlarda əsəbilik müşahidə olunur. Bu isə sonradan stress və uzun sürən depressiyaya çevrilir.

Vəziyyəti daha da çətinləşdirməmək üçün ovqatınızı düzəldəcək hər hansı fiziki fəaliyyətlə məşğul olun. Qoy orqanizm sevinc hormonu olan endorfin hasil etsin.

 

Dəri problemləri

Dermatoloji problemlər də yazın əlamətlərindən biridir. Bir çox yeniyetmələr və qırx yaşınadək qadınlar bu dövrdə qara nöqtələrin çoxalmasından şikayət edirlər. Məsələ burasındadır ki, təbiətin seboreya amillərinin təsiri altında dərinin piy vəziləri öz vəzifələrini icra etməyi dayandırırlar.

Bu mövsümdə baş verən mədə-bağırsaq problemləri dərinin işini daha da dərinləşir. Bundan başqa, yazda, cildə mənfi təsir edən mikroorqanizmlər də fəallaşır.

Dəri problemlərində də daha çox vitamin qəbul etməli, bütün mümkün üsullarla immun sistemini möhkəmləndirməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir