MENZIL

Yazda evlər necə dizayn edilməlidir? – “EVİN İŞİ”

Baxış sayı: 437

Yazda təbiət təzələnir. Bununla yanaşı, evdə də yeniliklər istənilir. Əsasən də xanımlar evdə dəyişikliklərin olmasına çox dəyər verir. Bəs, mənzilin dizaynın dəyişdikdə nələrə fikir verilməlidir?

“Gencaile.az” saytının “EVİN İŞİ” rubrikasında məhz bu haqda danışacağıq.

menzil dizayni

 

Evin dizaynın dəyişdikdə ən birinci seçilən rənglərə diqqət edilməlidir.

Çalışıb parlaq rənglərdən uzaq durmaq lazımdır. Dizaynerlər bildirir ki, əsasən son illər sakit və təbii çalarlar dəbdədir. Müxtəlifliyə qapılmaq və bir otağı üçdən çox çalarda bəzəmək böyük səhvdir.

Otağın çox rəngli olması gözləri yora bilər və bu da rahatlığınıza təsir edəcək.

menzil

Evin divarlarından müxtəlif aksessuarlar asmaq mənzilinizin daha da dəbli görünməsinə şərait yaradacaq. Məsələn, saatlar, hər hansı divar kağızı, sevdiyiniz tabloları mənzil divarlarına asmaq məsləhətdir. Amma çalışıb həmin əşyaları evinizdəki rənglərə uyğun seçəsiniz. Buna görə çox bəzəkli şeylərdən qaçmaq lazımdır. Hətta seçilən pərdələrin də sadə olmasında fayda var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir