bas agrisi

Yeməkdən sonra başımız niyə ağrıyır? – SƏBƏBLƏR

Baxış sayı: 40

Dadlı axşam yeməyindən sonra bəzi insanlarda çox qəribə də olsa, baş ağrısı meydana gəlir. Bir çoxlarında bu hal o qədər ye-tez yaşanır ki, artıq bunu normal qəbul edirlər.  Amma nəzərə almaq lazımdır ki, ağrının bir səbəbi var və orqanizm sizdən kömək tələb edir. Ümumilikdə isə yeməkdən sonra yaranan baş ağrısının səbəbləri aşağıdakılar ola bilər:

 

Həddən çox şəkər qəbulu

Axşam çox miqdarda peçenye, şokolad və konfet qəbulu nəticəsində mədə yüklənməsi də baş ağrısı yarada bilər. Səbəbi isə qanda şəkərin qəfil artması və daha sonra da qəfil enməsidir. Bu vəziyyət yüngül miqren və baş gicəllənməsi ilə müşayiət olunan reaktiv hipoqlikemiyaya, yəni qanda şəkərin qeyri-stabil səviyyədə olmasına səbəb olur.

 

Həddən çox duz qəbulu

Həddən artıq duzlu qidaların qəbulu da başda yerləşən damarların sürətlə döyünməsinə səbəb olacaq. Britaniya alimlərinin araşdırmalarına görə, gün ərzində 8000 mq xörək duzu qəbul edən insanların 33%-də baş ağrıları müşahidə olunur. Buna görə də dietoloqlar gün ərzində 1500 mq-dan çox duz qəbul etməyi məsləhət görmürlər.
Xörək duzunun tərkibində olan natrium maddəsinin qanda olan miqdarının artması nəticəsində damarlar genişlənir ki, bu da baş ağrısına səbəb olur. Kimyəvi konsevantlarla hazırlanan qidalar – kolbasa məhsulları, soya sousu, konserv məhsullarının tərkibində olan kimyəvi maddələr də eyni effekti yaradır.

 

Tiramin amin turşusunu  qəbulu 

Tiramin qırmızı ət, pendir və qırmızı şərab kimi məhsulların tərkibində mövcuddur. Bu amin turşusu isə bəzi insanlarda baş ağrısı və miqren yaradır.

 

Çeynəmə hərəkətləri

Əgər siz çox bərk və çox çeynənməyə ehtiyacı olan  qidalar qəbul edirsinizsə, o zaman,  çənə əzələlərində ağrılar meydana gələ bilər. Bu eyni ilə idman hərəkəti edən zaman bədən əzələlərində yaranan ağrılara bənzəyir.
Məhz çənə əzələsinin ağrıları öz növbəsində baş ağrısına səbəb ola bilər. Problemi həll etmək uçun ağrıkəsici preparatdan istifadə etmək və ya stomatoloqa müraciət etmək məsləhətdir.

 

Qida dözümsüzlüyü

Əgər siz qlüten və süd məhsullarının həzm etməkdə çətinlik çəkirsinizsə sizdə qida dözümsüzlüyü mövcuddur. Qida dözümsüzlüyü isə baş ağrısı və miqren səbəbi ola bilər. Bunun nə üçün baş verdiyi hələ də tamamilə aydınlaşdırlılmayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir