aile

Yeni evlənənlərin ailə böyükləri ilə münasibətləri necə olmalıdır? – “EVLİSƏN”

Baxış sayı: 1. 132

Ailə və qohum münasibətləri xüsusilə yeni evlənənlər üçün o qədər də asan məsələ deyil. Çünki tərəflər ilk vaxtlar hansı sərhədlərlə qarşılaşacaqlarını bilmədikləri üçün stresə məruz qalırlar. Ailə böyüklərinin müdaxilələri isə bu stresi daha da artırır. Hətta bu, bəzən tərəflər arasında fikir ayrılıqlarına da gətirib çıxarır.

Ümumiyyətlə, ailə həyatı insan həyatına bilavasitə təsir göstərir. İnsanın xoşbəxt bir ailəyə sahib olması əslində, həyatın bütün sahələrində uğur qazanması deməkdir. Həyatdakı uğurlarımızı təmin edən amillərin beşdə üçü ailə və ailədaxili münasibətlərlə bağlıdır. Aparılan araşdırmalara görə tərəflərin ən çox fikir ayrılığına məruz qaldıqları məsələlərdən biri də qohumlarla münasibətdir. “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında bu dəfə “yeni evlənənlərin ailə böyükləri ilə münasibətləri necə olmalıdır” sualına cavab axtarmışıq.

Image result for sevgilinin ailesi ile tanışma

Tərəflərin ailə böyükləri ilə münasibətlərini formalaşdırarkən öz ailə strukturlarına uyğun hərəkət etmələri nə qədər vacib olsa da, möhkəm bir ailə üçün bu, kifayət deyil. Hər şeydən əvvəl, ailə böyüklərinin müdaxilələri nə qədər yersiz görünsə də, tərəflər heç bir hörmətsizliyə yol verməməlidirlər. Çünki böyüklərə hörmətsizlik ailə münasibətlərində çatlara yol açmaqla yanaşı, tərəflər arasındakı ünsiyyətə də ciddi ziyan vura bilər.

Tərəflərin diqqət yetirməli olduqları digər bir məsələ isə öz qərarlarını özləri vermələridir. Bunun üçün onlar hər şeydən əvvəl ailədəki təcrübəli adamların fikirlərini öyrənməli, ancaq qərar qəbul edərkən həyat yoldaşları ilə birlikdə qərar qəbul etməlidirlər.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir