qadin

Yeni il gecəsi üçün ziyafət geyimləri: Kimlər nə geyinməlidir?

Baxış sayı: 1. 253

2019-cu ili sonlandıraraq 2020-ci ili qarşılamağımıza az bir zaman qaldı. Dünya əhalisinin böyük bir hissəsi 31 dekabr gününü ilin son günü kimi qeyd edir. Bunu adət halına Yuli Sezar (Julius Caesar) eramızdan əvvəl 46-cı ildə gətirib və həmin gündən yeni il 31 dekabrın son saatlarından yanvar ayının 1-i erkən saatlara qədər qeyd edilir. Bütün dünya əhalisi bu günü səbirsizliklə və böyük həyəcanla gözləyir. Çünki Yeni il təlaşı yeni hədiyyələr, yeni planlar, yeni ümid və arzular, yeni və təzə açılan səhifələr deməkdir.

Bu səbəbdən də hər kəs bu günü xüsusi qeyd etmək istəyir. Hər kəs şam ağacını, evini, yeni il şam süfrəsini, iş yerini, hətta avtomobillərini də yeni il ovqatına uyğun bəzəyir. Şübhəsiz ki, belə bir təmtəraqlı gündə zərif cinsin nümayəndələri də göz qamaşdırmaq istəyir: həmin gün bir az daha baxımlı, hətta xüsusi göstərişli olmaqdan çəkinmir, başqa günlərdən xeyli fərqlənən libasları və saçları ilə göz oxşayırlar.

Biz də Yeni ili uğurlu rənglər və dəbə uyğun parçalarla qarşılamağınız üçün sizə Yeni il günü geyinə biləcəyiniz geyim seçimlərini topladıq və sizlərə təqdim edirik. Məqalədə hər zövqə, ölçüyə, bürcə və şəraitə uyğun geyinə biləcəyiniz seçimlərə yer vermişik.

İlk növbədə qeyd etmək istəyərdik ki, yeni 2020-ci il elementi metal olan ağ siçan ilidir. Odur ki, bu il parlaq və işıqsaçan materiallara, eləcə də ağ rəngin bütün tonlarına rast gələcəyik. Bunu nəzərə alaraq aşağıdakı libaslara nəzər yetirə bilərsiniz. Ağ rəngli libas həmçinin xərçəng bürcünün nümayəndələrinə uğur gətirəcək.

İlk təklifimiz təbii olaraq metal tonlarda olan bu ziyafət geyimləridir. Tək çiyin açıq köynək və donları 2019-cu ildə kifayət qədər gördüyümüz kimi 2020-ci ildə də onlara rast gələcəyik. Bundan əlavə metal və gümüşü tonlarda olub çox göstərişli olmayan uzun qollu donlar sizə gecə boyunca rahatlıq verərək həm də dəbli göstərəcək. Belə olduğu halda niyə də metal siçanı özünün olduğu tonlarla qarşılayıb təəccübləndirməyək?

Gümüşü rəngə balıq və dolça bürcünün nümayəndələri, qızılı rəngə isə şirlər müraciət edə bilər.

 

Əlbəttə hər zaman olduğu kimi qırmızı rəng də iddialı xanımların seçimi olaraq qalacaq. Qoç və Əqrəb bürcündən olan xanımlar heç tərəddüd etmədən qırmızı geyinə bilər.

Bir sonrakı seçim kateqoriyamız rəngli və göstərişli geyimlərdir. Axı unutmayaq onların da öz sevənləri var.

Yeni il gecəsi balıq bürcü üzərində təhvil olunur. Ona görə, romantik görünüşlü və dəniz rəngini xatırladan geyimlərə də üstünlük verə bilərsiniz. Dekorlarda olduğu kimi geyimlərdə göy və yaşılın çalarlarını istifadə etmək mümkün olacaq.

Buğalar göy, qızlar yaşıl, tərəzilər mavi, dolçalar isə hava rəngində geyim seçə bilər.

Bu kateroqiyanın bir alt kateqoriyasında velvet geyimlərdən bəhs etməmək yanlış olardı. Onlar bu il də dəbdədirlər. Axı niyə də olmasınlar. Elegantlığı, tərzi və rahatlığı təcəssüm edirlər.

 

Zodiaka əsasən əkizlər sarı və yasəməni, balıqlar gümüşü və yasəməni, oxatanlar bənövşəyi ziyafat geyimi seçə bilər.

“Bu qədər göstəriş heç mənlik deyil. Mən sadəliyə üstünlük verirəm” deyənlərə də əlbəttə ki, alternativlərimiz var. Belə hallarda zərif cinsin nümayəndələri hər hansısa rəngin sadəcə bir tonuna üstünlük verirlər. Əksər hallarda bu rəng bej və ya qara rəng olur.

Qara rəng həmçinin oğlaq bürcünün nümayəndələrinin seçimi ola bilər.

  • Siçan ilindən və bürcünüzdən asılı olmayaraq, çalışın ki, rahatlığınızdan və öz tərzinizdən imtina etməyəsiniz.
  • Geyim seçərkən, hər zaman vücud xüsusiyyətinizi və gedəcəyiniz məkanı nəzərə alın
  • Rahat geyimlərlə də gözəl görünmək mümkündür, bunu heç zaman unutmayın.

Hal-hazırkı dəb bizə imkan verir ki, aksessuarlar vasitəsi ilə gündəlik geyimlərə rəng qatıb onları ziyafət tərzinə uyğunlaşdıraq. Həmçinin əksinə, ziyafət geyimləri ilə də rahatlığımızı təmin edən çəkmə və ya çantalar seçək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir